Neft Fondunun icraçı direktoru rus bankında vəzifə aldı

img

23-06-2014 [17:55]


2014-cü il iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilib və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.

 Fondun ictimayyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, yığıncaqda bankın 2013-cü il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2013 əməliyyat ilinin sonuna mənfəətin bölüşdürülməsi, Müşahidə Şurasının 11 nəfərdən ibarət yeni tərkibinin təsdiqlənməsi, bankın növbəti əməliyyat ili üçün auditorunun seçilməsi, bank nizamnaməsinin yeni mətninin təsdiq olunması və digər əhəmiyyətli məsələlər müzakirə olunub.

 Iclasda ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov Bank VTB ASC-nin yeni tərkibli Müşahidə Şurasının müstəqil üzvü seçilib.

Qeyd edək ki, 2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA