Rus "Kamaz"larında daşınan erməni qalıqları
12-03-2024 [14:34]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Son günlər aparılan ikitərəfli dialoqlardan təşvişə düşüb Ermənistanla Azərbaycan arasında sülhün olmaması üçün hər şeyə hazır olan Qərb və xüsusən də Fransa revanşist erməniləri Azərbaycana qarşı qızışdırmaq üçün yeni bəhanələr tapmaqda dəridən-qabıqdan çıxırlar.
Xankəndində hər cür cinayətlər törətmiş separatist rejiminin tülkü yuvalarının təmizlənib əvvəlki görkəminə qaytarılmasını əldə bayraq edən ermənipərəstlər uzun illər ərzində Qarabağda yerləbir edilmiş Azərbaycan mədəniyyətinin izlərini heç vaxt unutmamalıdırlar.
Başqalarından torpaq qoparmaq kimi qeyri-qanuni əməllər sahibi olan separatizm dünyadakı bütün mövcud siyasi konfiqurasiyaya zərər vurduğu kimi erməni separatizmi də təkcə Qarabağda deyil, bütün Cənubi - Qafqazda dinc həyatı alt-üst etmiş, insanların xoşbəxt həyatına zəhər qatmış qara bir ilan kimi yaddaşlarda dərin yaralar qoymuşdur. Bu mənada, özlərinə məxsus acgözlük instinkti ilə 1980-ci illərin sonunda Xankəndi küçələrinə tökülüşüb “Miatsum” qışqıran haylar üzərindən 30-35 il sonra “erməni millət deyil!” deyə-deyə şələ-şüləsini yığışdırıb aradan çıxdıqlarında, artıq iş-işdən keçmişdi. On illər boyu yedikləri çörək burunlarından gəlmişdi. Artıq Qarabağda nə cinayətkar xunta, nə onların birbaşa hamisi, nə də işğalçı Ermənistan ordusu qalmışdı.
Qarabağın erməni separtizmindən təmizlənməsi təkcə Azərbaycanı deyil, bütün yaxın bölgəni, hətta dünyanı düşündürən məsələdir. Bu mənada, separatizm yuvalarının sökülməsi, onlara məxsus olmuş hər cür simvolik bina və infrastruktur obyektlərinin təmizlənməsi bu gün hələ də Qarabağda insanların həyatını fiziki olaraq məhv edən minaların tapılıb zərəsizləşdirilməsi qədər zəruridir. İşğal olunmuş ərazilərdə ermənilərin basdırdığı miloyndan artıq partlamamış minanın insanların həyatına və canına törətdiyi təhlükə qədər Qarabağda separtistlərin apara bilmədikləri hər-cür tör-töküntü də insanlara o dərəcədə mənəvi zərərlər vurmaqdadır. Azərbaycanlılar unutmurlar ki, məhz bu binalarda komifulyaj olunaraq gizlənmiş hay cinsindən olan tülkülər minlərlə günahsız insanın qətli üçün fitvalar vermiş, bölgəni narkotika mərkəzinə çevirmiş, xalqımza məxsus maddi-mədəniyyət nümunələrini məhv edib talamış, “Bakıya tank yeritmək” hədəsi ilə başlarından böyük danışmışlar. Doğrudur, bu tülkülərdən bir neçəsi artıq quyruğundan tələyə düşüb Bakıda mühakimə olunacağı günü gözləsələr də bəziləri hələ də Ermənistanda, yaxud Fransada oturub güya tarixi irsin məhvindən danışmaq qədər zəvzəkliyə yol verirlər.
Ancaq, fakt odur ki, hələ sovet dövründə təsdiqlənmiş Xankəndinin baş planında yer almayan bu tikililərin sökülməsinin Azərbaycanın ölkə qanunvericiliyinə uyğun daxili işi olduğunu billə-bilə ermərnilərin separatizm izləri daşıyan və yaşı 20-25 ilə çatmayan binaların tarixi adlandırılması da tülküyə şir donu geyindirilməsi qədər gülüncdür. Harda olursa-olsun, yeri gəldi-gəlmədi, istər toyuq, istərsə də tülkü damı kimi tikdikləri binalara xaç yapışdıran ermənilər isə bu mənada hər yerdə özlərinə qarşı gülüş doğururlar.
Dünyadakı davam edən qanlı müharibələrin acı təcrübəsi göstərir ki, Şanlı Azərbaycan Ordusunun Qarabağdakı erməni separtizmini məhv etməsi Ermənistanı da bir dövlət kimi yox olmaqdan xilas etmişdir. Bunu yaxşı başa düşən, amma erməni xislətindən dolayı hələ də açıq etiraf edə bilməyən kasıb Ermənistan cəmiyyəti isə bir vaxtlar onların özünə də yaman şiş kimi yara olmuş xunta rejiminin son qalıqlarının təmizlənməsinə sadəcə ağır tikinti texnikasının işinə maraqla tamaşa edən uşaqlar kimi yanaşırlar.
Bu gün Rusiyadan çox incik düşmüş ermənilər üçün maraqlı olacaq daha bir məqam da bu söküntü işlərində diqqətə çarpır: xuntaçılara məxsus olmuş binaları sökən müasir texnika tikinti tullantılarını rus “Kamaz”larına yükləyib şəhərdən kənara çıxarır.
Filmin sonu!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər