LOTU SÖHBƏTIN SÖHBƏTİ
11-03-2024 [09:12]
Qalib ARİF
(“Qısa hekayələr” silsiləsindən)
***
Dağ dağa rast gəlmir, amma adam adama rast gəlir...
Biz Lotu Söhbətlə “Vosmoy”da bir məktəbdə oxumuşuq. Məndən əvvəl oxuyub, şəxsi tanıışlığımız olmayıb, düzü heç yadıma da gəlmir. Amma haqqında çox şeylər eşitmişəm və bilirəm. Necə deyərlər, yaxşı iğidin adını eşit, üzünü görmə...
Yaxşı yadımdadır, 90-cı illərdə, bizim həyətdə böyük bir maşın dayanacağı (indi yerində bir neçə bina tikilib) vardı. Məlum kriminal avtoritet Söhbətə məxsus olduğunu deyirdilər. Doğrudur, özü dayanacağa gəlmirdi, amma varlığı hiss edilirdi. Hamı maşınını bu dayanacaqda saxlamalı idi. Kim ki, həyətdə, küçədə saxlayırdı, gecələr ya təkərini deşirdilər, ya da maşınını cızırdılar. Camaat salamatı gecəsi 1 rubldan maşınını Söhbətin dayanacağında saxlayırdı...
Deyirlər həmin dövrdə bir kasıb oğlan Vosmoyda köhnə “Moskviç”lə fırlanır, birtəhər ailəsini saxlayır. Amma pis günün ömrü az olduğu kimi, yaxşı günün də ömrü az olur. Günləri bir səhəri keçmiş Əzizbəyov (indiki Koroğlu) körpüsündən düşəndə (onda svetafor vardı) köhnə “Mockviç”in “tormozu” saxlamır, qarşıdakı təzə “Mersedes”ə, bakılılar demiş, arxadan zoplayır. O vaxtlar Bakıda təzə “Mesedes”ləri barmaqla saymaq olardı. “Barmaqla sayılan” oğlan maşından düşür və “Moskviç”ə deyir ki, “maşınımı düzəltdirməlisən, ya da ən azı 1000 dollar verməlisən”...
Kərəmi belə yerdə ağlamaq tutur. Həmin dövrdə Bakıda babat “Moskviç” 500 dollar idi, bizim qəhrəmanın maşını isə əzilmişdi. Bilmir neyləsin, hara getsin...
Dediyim kimi, bizim həyətdə Lotu Söhbətin böyük bir maşın dayanacağı vardı. Doğrudur, özü ora gəlmirdi, amma “uşaqlar”ı gəlirdi, nəzarət edirdi. Bizim “taksi” də “Moskviç”ini orda saxlayırdı, uşaqları tanıyırdı. Onların yanına gedir, dərdini deyir...
Söhbət hadisəni eşidir, bir neçə gündən sonra dayanacağa gəlir. “Moskviç”i və “Mersedes”i də dəvət edir. Onları diqqətlə dinləyir, görür ikinci heç cür güzəştə getmək istəmir. Deyir, “Qaqaş, sən Bakıda təzə “Mersedes” sürəndə bilmirdin ki, köhnə “Moskviç”lər də var, “taksi” ilə ailə saxlayırlar. Sən bu kişidən 1000 dollar istəyirsən, amma babat “Moskviç” 500 dollardır. Deyirsən, uşağı acından ölsün?! Axı, sən imkanlı adamsan, deyirlər “Avrora”da (indiki Qara Qarayev – Q.A) maşın salonu saxlayırsan. Maşın salonu da, gecələr yaxşı yanır, içində təzə maşınlar olanda lap yaxşı yanır. Mən sənin yerinə olsaydım, təzə maşınları yandırmazdım, bu qaqaşı da götürüb Hüseynağa kişinin yanına (Sabunçuda “Jiquli” emalatxanası – Q.A) gedərdim, Söhbətin adını verərdim, köhnə “Moskviç”i ucuzvari düzəltdirərdim”...
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, 90-larda Söhbət Vosmoyski (“İmperator”) kimi tanınan Söhbət Hüseynov məşhur kriminal avtoritet Bəxtiyar Kərimovun (Lotu Bəxtiyar) yaxın dostu olub. 1994-cü ildə Novxanıda Lotu Bəxtiyarın 35 illik yubiley mərasimində yubilyarın təklifi, qanuni oğrular – Yetim Hüseyn, Hikmət Sabirabadski, Masallı Mamed və Dağlı Cavanşirin dəstəyi ilə “Qanuni oğru” adı alıb.
Yeri gəlmişkən, axırıncı üç nəfərə də“qanuni oğru” adı Bəxtiyarın təklifi ilə verilib.
Söhbət Vosmoyski 1997-ci ildə (37 yaşında) Bakıda N saylı İƏM-də naməlum şəraitdə və məlum səbəblərdən hərbçilər tərəfindən zərərsizləşdirilib...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər