Beyləqan icra başçısına ittiham - FOTOFAKT

img

23-06-2014 [12:58]


"Dosluq – Qoyunçuluq Savxozu”da uzun müddət çalışmış və ərazidə yaşayan Beyləqan rayon sakini Musa Zalov məktubunda yazır – "Beyləqanda məmur özbaşnalığı baş alıb gedir.

Əsasən indiki və keçmiş icra başçıları tərəfindən vətəndaşların hüquqları pozulub. Biz Savxozun torpaqlarının məmurlar tərəfindən satılmasından və Ulu Öndər Heydər Əliyevin təşəbbüsi ilə nazirlər kabinetinin Savxozda qismən islahatların aparması ilə bağlı qərarının düzgün aparılmamasınandır. Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixində 74 saylı qərarına əsasən "Dosluq – Qoyunçuluq Savxozu”da qismən torpaq islahatı haqqında qərarı və Beyləqan rayon icra hakimiyyətinin başçısının bu qərarın icra olunmasına dair verdiyi sərəncamlar kağız üzərində qaldığından qanunlar icra olunmur.

Nazirlər Kabinetinin verdiyi sərəncam sabiq icra başçısı Xasay Əhmədov, Savxozun sabiq drektoru Sahib Cəfərov, Əbülfət İsmayılov, Elman Kərimov, Paşa Məmmədov, sabiq aqranom Yusif Hüseynov, hazırda drektor işləyən Natiq Mirzəyev, Zakir Mehdiyev, Torpaq şöbəsinin müdiri Rəfael Pəsiyev, Tofiq Quliyev, Oruc Ağayev, Paşa Məmmədov, Prokror Muxtar Eminov, Məhkəmə Maşalla Şiriniv, Aqrar şöbənin rəisi Telman Məstanov və digər aparat işçiləri bilərəkdən Prezidentin və Nazirlər Kabinetinin sərəncamını gizlədib, icra etməyiblər”
"Mən 27 aprel 2012-ci il tarixdə icra başçısı Vaqif Abdullayevin qəbulunda oldum, ona 160 məktub, teleqramların xəbərnamələrini vermişəm, lakin heç bir cavab ala bilməmişəm”

Məmurlar tərəfindən satılaraq mənimsənilən torpaqların hazırkı sahibləri isə bunlardır.

Şikayətçilərin iddialarında 2773 hk torpaqların məhs rəsmilər tərəfindən satılaraq mənimsədikləri qeyd olunur. Çünki, satılan və siyahıda olan şəxslər arasında savxoza can qoymuş və ərazidə yaşayan şəxslərin adları yoxdu və həmin insanlar hazırda torpaqsız qalıblar(gunxeber).

Adçəkilən şəslərin hər birinin mövqeyini dərc etməyə hazırıq – araşdırmalarımız davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA