İrəvanın yeni tərəfdaşlarıyla hazırladığı plan...
07-03-2024 [18:57]
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
***
Ermənistan hökuməti Rusiyanın təsirindən qurtulmanın planını sürətlə həyata keçirməyə başlayıb. Böyük ehtimalla bu planın hazılanmasında Brüssel, Paris və Vaşinqton iştirak edib. Bu üçlük Ermənistanı Rusiyadan qoparmağa çalışır.
Plana görə, ilk növbədə Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanını tərki tələb edilməlidir. İrəvan müvafiq məktubu artıq Moskvaya göndərib. İkinci addım kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduran Ermənistan qurumu tərk edəcək. Üçüncü addım kimi Ermənistanın Gürcüstan, Ukrayna və Moldova kimi Avropa İttifaqına üzvlük statusunun verilməsiylə bağlı Brüsselə müraciət ediləcək.
Kreml bu plana qarşı öz planını ya hazırlayıb, ya da bitirmək mərhələsindədir. Misal üçün Kreml Ermənistan hökumətinin “Rusiya sərhədçiləri “Zvartnots” hava limanını tərk etsin” məktubuna hansısa formada cavab verməlidir. Kreml Rusiya sərhədçilərini hava limanından çıxarmamaq üçün Ermənistanın keçmiş hakimiyyəti ilə 1992-ci ildə imzaladığı sazişə istinad edəcək. Həmin sazişə görə, Rusiya Ermənistanın Türkiyə ilə 345 kilometr, İranla 45 kilometr uzunluğundakı sərhəddini qoruyur. Eyni sazişə görə, Rusiya sərhədçiləri Ermənistan sərhədçiləri ilə birgə “Zvartnos” hava limamında da qulluq edirlər. Baş nazir Nikol Paşinyan 2018-ci ildə verdiyi açıqlama bildirmişdi ki, Ermənistan Türkiyə sərhəddinin qorunması məsələsində Rusiya sərhədçilərinin xitmətindən imtina etməyəcək. Paşinyan bunun səbəbini də açıq etiraf etmişdi: “Türkiyə ilə sərhəd uzun olduğuna görə, sərhədə təkbaşına nəzarət Ermənistana böyük yük olar”. Ermənistan rəsmiləri Rusiya sərhədçilərinin Türkiyə və İranla sərhəddi tərk etməsi barədə indi də açıqlama vermirlər. Onlar rusiyalı sərhədçilərin yalnız hava limanını tərk etməsini istəyirlər. Kreml bunun yarımçıq qərar olmasına işarə edəcək. İrəvan Rusiya sərhədçilərinin Ermənistandan tam çıxarılmasını tələb etməyərək yalnız hava limanını tərk etməsini istəyirsə, Kreml məsələyə müsbət yanaşmaya da bilər. Çünki 1992-ci il sazişi Rusiya sərhədçilərinin Ermənistanda xidmət edəcəyi məntəqələrinin tamamını müəyyənləşdirib.
Ermənistan KTMT-ni tərk etməyə hazırlaşarkən boşluğu Avropa İttifaqı hesabına dolduracağına ümid edir. Buna sübut kimi Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borelə ünvanladığı məktubu göstərmək olar. Papikyan məktubda Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Brüsseldən yardım istəyib. Avropa Sülh Fondu hazırda Ukraynaya yardım edir və Kiyev göndərilən yardımın həcmindən məmnun deyil. Bu baxımdan Avropa Sülh Fondunun daha uzaq Ermənistana necə yardım edəcəyi və bu hərbi yardımla bağlı Avropa İttifaqının bütün üzvləri arasında konsensus əldə edəcəyi sual altındadır.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər