"Azərlotoreya"ın oyunu: pul qazanmaq şansı 0.00002%-dir – Hesavlama qaydası
02-03-2024 [17:34]
Leqal qumar və ya adını nə qoyuruqsa, qoyaq fərq etmir. Biriləri Azərbaycanda əlini qolunu sallayaraq qumar oynadacaq və bu qumardan milyonlar qazanacaq, kasıb təbəqə isə son çarə bəxtini qanuni qumarda axtaracaq.
“Azərlotoreya” yəni, qanuni qumarbazlar metro çıxışlarını, universitet kənarlarını hədəf alaraq daha çox bilet satmaq üçün əlindən gələni edir. Bəs bu biletlərdən sizin cek pot udma şansınız bilirsiz neçədi? 0.00002 faiz. Buna görə də qanuni qumarın zərəri faydalarından qat-qat çoxdur. Çünki, riyaziyyat dəqiq elmdir və heç vaxt sizi aldatmaz. 0.00002% ehtimal dalınca qaçmaqdansa, “Azərlotoreya”ya ayırdığınız vəsaiti özünüzə və ya sevdiklərinizə xərcləsəniz, daha gözəl olar. Sizin qanuni qumara xərclədiyiniz vəsaitin toplamı isə milyonlara bərabərdir.
Kommersant.az olaraq “Azərlotoreya” haqqında araşdırma etdik. "Qumar saytı" 2022-ci ilin yekunlarına dair hesabatlarını açıqlamasa da, 2021-ci il hesabatını incələdik, hesabladıq, baş yorduq və nəticədə "baş qumarbaz"ın əldə etdiyi gəliri tapdıq. Absurd rəqəmlərdən söhbət gedir. “Azərlotoreya”nın 2021-ci ildə əldə etdiyi xalis mənfəəti Azərbaycanda fəaliyyət göstərən 25 bankdan heç 12-si 2022-ci ilin sonunda əldə edə bilməyib. Yəni, 12 bankın 2022-ci il göstəriciləri “qumarxananın” 1 il əvvəlki göstəricilərinə görə azdır. Onların ümumi mənfəəti 20 milyon 873 min manat olub ki, bu da əksər bankların göstəricilərinə görə çoxdur. Buna görə də yerli banklarımız leqal qumar işinə investisiya etsələr, bankdan daha çox gəlir əldə etmiş olarlar.
| Azərlotoreya | Göstəriciləri |
| Ümumi mənfəət | 20.873 |
| Gəlir | 43.969 |
| Satışın maya dəyəri | 23.096 |
| Əməliyyat mənfəəti | 12.226 |
| Reklam və marketinq xərcləri | 883 |
| İnzibati xərclər | 5.954 |
| Sair əməliyyat xərcləri | 1.808 |
| Xalis maliyyə gəlirləri | 457 |
| Maliyyə gəlirləri | 505 |
| Maliyyə xərcləri | 47 |
| Mənfəət vergisindən əvvəlki mənfəət | 12.683 |
| Mənfəət vergisi | 5.102 |
| Mənfəət və məcmu gəlir | 7.581 |
“Azərlotoreya”nın cəmi aktivləri 31 milyon 873 min manatlıq aktivə sahib olub. Bunun 6 milyon 744 min manatı və ya 21.1%-i uzunmüddətli, 25 milyon 129 min manatı və ya 78.8%-i isə cari aktivlər olub. Qumarxananın aktivlərinə görə faiz gəlirliyi isə 65.5% təşkil edib. Azərbaycan banklarının heç biri bu göstəricini əldə edə bilməz. Çünki 2022-ci ilin sonunda bankların aktivlərindən ən yüksək istifadəsi 5.26% olaraq müəyyən olunub. Hətta 25 bankın toplam göstəricisi 40.3%-i keçə bilməyib.
| Azərlotoreya | Göstəriciləri |
| Cəmi aktivlər | 31.873 |
| Uzunmüddətli aktivlər | 6.744 |
| Əmlak, qurğu və avadanlıq | 1.349 |
| İstifadə hüququ formasındakı aktivlər | 3.549 |
| Qeyri-maddi aktivlər | 1.844 |
| Təxirə salınmış vergi aktivləri | - |
| Cari aktivlər | 25.129 |
| Mal-material ehtiyatları | 948 |
| Ticari debitor borcları | 2.147 |
| Qabaqcadan ödənişlər | 119 |
| Pul vəsaitləri və onların ekvivalentləri | 21.901 |
| Sair aktivlər | 12 |
Qanuni qumarxananın audit göstəricilərini isə “KPMG Azərbaycan limited” şirkəti hesablayıb. Hansı ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti 16.01.17-ci il tarixli ərizəyə əsasən müvəqqəti olaraq dayandırılmışdı.
Bu vəziyyət, bu milyonlar hər kəsi ciddi narahat edir. Hətta millət vəkillərimiz də bununla bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Millət vəkili Aqil Abbas ““Azərlotoreya”nın fəaliyyəti leqaldır. Amma hər bir işin həddi-hüdudu və qaydaları var axı. Leqaldır deyə hərə bir “taxta oturacaq düzəldərək insanları qumara sövqmü etməlidir? Metroların giriş və çıxışlarında, insanlar çox olan yerlərdə “Azərlotoreya”nın əməkdaşları hərəsi bir stol qoyaraq satışmı etməlidir?”, - deyə açıqlama verib.
Daha sonra isə millət vəkili Tahir Kərimli açıqlamasında “Dövlətin rəsmi şəkildə qumarı leqallaşdırması, adına nə qoyur-qoysun - “Poz, qazan”, nə bilim, lotereya - buna nifrət etdiyini bildirib. Bu, bütün dünyada var. Dövlət belə şeylərdən pul qazanmalı deyil. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar. Yazıq camaat da dolana bilmir, əlinə düşəni verib, lotereya alır ki, bəlkə, bəxti gətirə, nəsə udar”, - deyə bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi