Strateji məqsəd: NATO qüvvələrini Zəngəzur dəhlizinə gətirmək və... - Zahid Oruc yazır
24-02-2024 [15:52]
ZAHİD ORUC
STM rəhbəri, Millət vəkili
***
Ölkəmizə qarşı son beynəlxalq hücumların ön cərgəsində yer alan Almaniya Bundestaqının üzvü Frank Şvab 16 fevral Münxen sammiti günlərində özünün X səhifəsində paylaşım edərək, 6 mart tarixində “Uçurumun kənarında” adlı film nümayiş etdirəcəklərini, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda apardığı siyasətə zərbə vuracaqlarını bildirib.
Sitat: ”Filmin məqsədi sarsıdıcı olmaq və dəyişiklik gətirməkdir”.
Sual olunur, onlar hansı dəyişiklikdən danışırlar?
Sirr deyil ki, söhbət Amerika, Fransa və Almaniya dövlətlərinin Qələbəmizdən sonra regiondan çıxarılan dayaqlarından, Cənubi Qafqaza iqtisadi və silahlı qayıdışından gedir. Ona görə də prezident İlham Əliyev andiçmə mərasimində, məhz bu salonda yüksək tribunadan bəyan etdi ki, sarsılmaz daşları tərpətdiyimiz üçün bizdən əl çəkməyəcəklər, hücumlar artacaq. Lakin bizim cavab tədbirlərimiz daha təsirli olacaq!
Halbuki Şvab parlamentarilərimizin mandatı ilə bağlı qərarı onunla əsaslandırırdı ki, Azərbaycan qərbli siyasətçiləri satın aldığı üçün onlar təmiz, maaşları ilə dolanan, hətta Martin Lüter Kinq kimi ölümü ilə yüksək siyasi ideallarından dönməyən sadiq avropalıları bizim əleyhimizə birləşdiriblər. Lakin son 30 ildə elə bir amerikalı və ya qərbli siyasətçi tanımırıq ki, sonda Bob Menendes və ya Eva Kaylin kimi korrupsiya qalmaqalı ilə ifşa olunmasınlar.
BBC-yə müsahibəsində Şvab deyirdi ki, "biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik”.
Onda son iki ildə 2 ildə Ukrayna müharibə məsələsi niyə dəfələrlə müzakirələrə çıxarılıb, 8 qətnamə və qərar qəbul ediblər, Rusiyanı təcavükar adlandırıblar. Ölkəmizlə bağlı eyni addımları nə vaxt atıblar.
Nikol Paşinyan 19 fevralda Münxen sammiti proqramında "Təşəkkür" medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri-Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir.
Avropa Birliyinin Ermənistandakı səfiri Vasili Maraqosun 12 fevral tarixli müsahibəsində deyir: "Syunik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhülkəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq”.
Sual olunur: ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır.
Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları, biznes şirkətləri və digər çətirlər altında Zəngəzura mahalında yerləşiblər. Lakin unutmayaq ki, Avropa Birliyinin missiyaları Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ökkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi.
Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar: o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər