ADAM NECƏ MÜDRİK OLUR...
24-02-2024 [10:45]
Qalib ARİF
***
(“Mənim düşüncələrim” silsiləsindən)
I. Dünyaya gələndən, sevginin, nəvazişin nə olduğunu biləndən hiss edirsən ki, iki nəfər səni səndən çox sevir, canını, malını, həyatını əsirgəmədən sənə təmənnasız xidmət edir. Məşhur nağılda deyildiyi kimi “qa” deyəndə su, “qu” deyəndə çörək verir. Sən bu insanları sevirsən, onlardan öyrənirsən: birinin adı “ata”, o birinin adı “ana”dır...
II. Bir az böyüyəndən, “xeyir” və “şər” biləndən hiss edirsən ki, sər işlər görəndə ürəyin qəm çəkir, gözlərin ürəyindən nəm çəkir. Xeyir işlər görəndə isə qürurlanırsan, göydə uçan quşlar kimi qanadlanırsan, sevincindən yerə-göyə sığmırsan. Sonra anlayırsan ki, səni idarə edən, sənə yol göstərən bir hiss, bir qüvvə var, onun adı “vicdan”dır.
III. Vicdan sənə kompas olandan, fəaliyyətini, hərəkətlərini idarə etməyə başlayandan ədalətli olmağa çalışırsan, düzə düz, əyriyə əyri deyirsən. Hiss edirsən ki, doğmalar, yaxınlar, yadlar sənin şəxsinə, sözünə hörmətlə yanaşır, sən gələndə ehtiramla ayağa dururlar. Deməli, ətrafdakılarda sənə qarşı müsbət münasibət yaranır, bu, “nüfuz” adlanır.
IV. Vicdanlı hərəkətlərin, münasibətlərin cəmiyyətdə hörmətlə qarşılandığını, alqışlandığını görəndən sonra bütün həyatını belə yaşamağa, ətrafındakılara da bunu aşılamağa çalışırsan. Ata-ananın sənə verdiklərini sən də insanlara verməyə başlayırsan, təmənnasız xidməti həyatının mənası sanırsan. İnsanlar sənin ətrafına yığışır, səndən məsləhət alır. Buna “aqillik” deyilir.
V. Dayanmadan öyrəndikcə, öyrəndiklərini xeyirə xidmətə həsr etdikcə, nüfuzun artır, dünyagörüşün dərinləşir, təcrübən zənginləşir. Sən nəyi necə etməyi, hansı sözü harda deməyi bilirsən, heç kimlə mübahisə etmirsən. Amma haqsızlığa qarşı susmursan, mübarizə aparırsan, həmişə ədalətin yanındasan. Öz səhvlərindən öyrənmək və öz üzərində işləmək dövrü başlayır. Buna “ziyalılıq” deyilir.
VI. Savadın, nüfuzun, cəmiyyətə faydan artdıqca, ətrafındakı insanlar da çoxalır, sənin şəxsinə maraq artır. Sən daim axtarışdasan, sənə olan ümidləri dogrultmağa çalışırsan. Daim oxuyur, oyrənir, yeni layihələr fikirləşir və həyata keçirirsən. Amma özün yüksəldikcə, insanlara münasibətin dəyişmir, sadəsən - böyüklə böyük, kiçiklə kiçiksən. Buna “ağsaqqallıq” deyilir.
VII. Sən öz üzərində işləməyi, öyrəndiklərini xeyirə həsr etməyi davam etdirirsən, daim vicdanın hökmü ilə hərəkət edirsən. Özünə xidmətin ən qısa yolunun başqalarına xidmətdən keçdiyini anlayırsan. Özünə arzulamadıqlarını başqalarına da arzulamırsan. Artıq öz səhlərindən yox, başqalarının səhvlərindən öyrənməyə başlayırsan. Buna “müdriklik” deyilir...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər