730 günlük bitməyən “rus dili” dərsi
24-02-2024 [10:33]
Əli Cabbarov
***
(Rusiya-Ukrayna müharibəsinin günahsız qurbanlaının xatirəsinə)
Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması ilə yaranan təkqütblü dünyanın yeni ağalarının iştahla gözünü dikdiyi Rusiyanın zəngin təbii ehtiyatları uğrundakı mübarizə çox keçmədən qılınc kimi iti dişli ac canavarlarla iri pəncəsi ilə hər yerə kortəbii zərbə endirən gözü qanla dolmuş ayının savaşına döndü.
Rusiyanın Pribaltika, Cənubi-Qafqaz, Orta Asiya ərazilərində öz təsir gücünü itirməsindən və Uzaq Şərq və Şərqi Avropadakı zəifləməsindən istifadə edən qlobal güc nəhayət ki, XXI əsrin çox gerisində qalmış bu federasiyanın sonuna çıxmağı qarşısına məqsəd qoydu. Buna görə də Rusiyanın guya Donbasda yaşayan 2 milyondan da az rusdilli əhalinin rusca danışma məhduiyyətini bəhanə edərək iki il bundan qabaq qardaş xalqı Ukraynanın beynəlxalq aləm tərəfindən tanınmış suveren torpaqlarına başladığı hucum, əslində, Avrasiyanın tamamına sahib olmaq istəyən beynəlxaq kapitalın niyyətlərinə xidmət edən ən yaxşı fürsət kimi dəyərləndirilməlidir. Artıq hər iki tərəfdən 1 milyona yaxın insanın ölümünə və yüz milyardlarla dollar maddi zərərə səbəb olan bu müharibənin nəticələri artıq bütün dünyada hiss olunmaqdadır.
Əslində, hər nə qədər kökləri eyni olsa da Ukrayna xalqı ac canavarın nə qədər etibarsız olduğunu Azərbaycana qarşı hələ 1990-cı illərdə törədilmiş 20 yanvar və Xocalı faciələrini təhlil edərək nəticə çıxarmalı idi. 2014-cü ilə qələr bu ölkədəki öz adamı vasitəsilə hər ilin qışında Avropanı təbii qazla imtahana çəkən Rusiyanın cəmi 10 il ərzində tamamən ona bu qədər yaxım olmuş ölkəyə qarşı hədsiz dərəcədə düşmən ola biləcəyin o zaman bəlkə də kimsə proqnoz edə bilməzdi. Amma tarix həmişə təkrar olunur və bu dəfə hər kəs aydın gördü ki, Rusiya ilə qonşu olmaq, onunla sərhədləri paylaşmaq iqtisadi əməkdaşlıq baxımından faydalı olduğu qədər siyasi və geostrateji baxımdan da bir o qədər də təhlükəlidir.
Şübhəsiz, 730 gün əvvəl Rusiyanın “denasifikasiya” və “demilitrizasiya” bəhanəsi altında başlatdığı və əsasən, mülki insanları və infrastrukturu hədəf almış dırnaqarası xüsusi əməliyyatının əsl məqsədinin Krımın ilhaqına qarşı beynəlxalq təzyiqlərin qarşısına çıxmaq, daha çox federasiya subyekti ələ keçirmək və Ermənistan kimi dəcəllik edən, yaxud Belarus kimi fürsət gözləyən forpostlarına göz ağartmaq olduğu indi çox açıqdır. NATO-nun şərqə doğru genişlənəcəyinə heç bir vasitə ilə əngəl ola bilməyəcəyini yaxşı başa düşən və Türk dövlətləri birliyinin də güclənməsi qarşısında aciz qalan Kremlin son sipər kimi Ukraynanı da itirməməsi üçün rus dilini qorumaqdan başqa digər bir inanıdırıcı bəhanəsi olmazdı. 2014-cü ildə Ukraynadıkı narinci inqilab nəticəsində buradakı əlaaltısını itirmiş Rusiyanın bu istiqamətdə enerji, nəqliyyat, kommunikasya və loğistika imkanlarından məhrum olacağından, eləcə də bu ölkənin Qərbə yaxınlaşması ilə əldə edəcəyi iqtisadi inkişaf potensialından qorxaraq müharibə səbəbi kimi rus dilinin bu ölkədə sıxışdırılması göstərilməsi o zaman olduğu kimi indi də Rusiyanını özündə belə gülünc doğurur.
Müasir Rusiya cəmiyətini və rus dilini yaxından izləyənlər hətta buradakı elit qrupların və yüksək çinili məmurların danışığında və yaxud rəsmi çıxışlarında belə tez-tez rusifikasya olunmuş ingilis kəlmələri işlətmələrini yaxşı bilirlər. Bəlkə də terminoloji baxımdan o qədər də zəngin olmayan rus dilinin belə müharibə səbəbi olacağını əvvəlcədən proqnoz edən Qərb bunu qızışdırmaqla Rusiyanın Ukraynaya qarşı geniş hərbi təcavüzünü yaxşıca düzüb-qoşdu və artıq iki ildir ki, bu istəyinə də nail olub.
Bu gün Kalmıkiyada, uzaq Sibirdə, yaxud Komidə təbii sərvətlər içində üzsə də, ancaq həyat səviyəsi sıfıra yaxun olan sadə Rusiya vətəndaşının dırnaqarası cəbhədən gələn xəbərlər yerinə onun üçün Ukraynada öldürülən yaxınlarının hər biri üçün ödənilən bir neçə min dollarlıq yardım daha çox maraqlandırır. Hər iki ölkədən həlak olan gənc yaşdakı kişilərin yerindəki boşluğun gələcəkdə onlar üçün nə qədər böyük demoqrafik problemlər yaradacağını təhlilçilər yaxşı bilsələr də təəssüf ki, bu müharibə rus dilinin zənginləşməsindən daha çox Qərbin və Rusiyanın əlindəki köhnə silahların utilizasiyasına xidmət edir. Bu müharibədə miskin Ermənistanı belə arxasına ala bilməyən və sadəcə Belarusa və əlavə olaraq iki dövlətə arxalanan Rusiyanın qarşılaşdığı qlobal sanksiyalar isə beynəlxalq ticarəti də alt-üst edən bir böhran kimi də yadda qalacaq. Ona görə də iki il əvvəl başlamış bu müharibənin törətdiyi bu qədər insan itkisi, göz yaşları və maddi zərərin əvəzinə o zaman sağlam düşüncə olsaydı nəinki Donbasda, bütün Ukraynada belə bütün insanlara ana bətnindəcə rus dilini öyrətmək, Rusiyanı da inkişaf etdirib xammal iqtisadiyyatından innovativ iqtisadiyyata qovuşdurmaq olardı.
Sağlam düşüncə isə təəssüf ki, müasir dünyada bir çoxlarında artıq yoxdur və dövlət başçımızın da dəfələrlə dediyi kimi artıq dünya nizamı da pozulmuş, beynəlxalq qanunlar iri dövlətlər tərəfindən tapdalanmaqdadır. Bu mənada, iki il deyil, əslində 10 ildir ki davam edən Rusiya-Ukrayna müharibəsi buna qədər bir çox qaranlıq məqamlara da aydınlıq gətirdi. Fikrimicə, bu müharibə, əslində, ikinci dünya müharibəsində qazanılmış qələbədə kimin daha çox pay sahib olduğunu, Rusiya ilə dostluğun etibarsızlığını, Amerikanın hər zamankı kimi araqarışdıran ikiüzlü siyasətini, Fransanın ənənəvi qorxaq sifətini, Almaniyanın hər zaman silahlanmağa meylli olduğunu, qardaş Türkiyə timsalında isə kimlərin müharibəyə deyil, sülhə maraqlı olduğunu bir daha ortaya qoydu. Dünyada maliyyə və maddi resurslarının tükənməsinə, milyonlarla insanın qaçqın halına gəlməsinə səbəb olmuş, onillər ərzində qurulmuş beynəlxalq biznes etibarını dərindən sarsan, eyni zamanda ölkəmizin də dəstəklədiyi Orta Dəhlizin əhəmiyyətini bir daha ortaya qoyan bu yeni model dünya müharibəsindən geriyə qalan isə az qala Avropa boyda ərazidə dağıdılmış iqtisadiyyat, məhv edilmiş mədəniyyət və yox olmuş ailələr olacaq.
Bütün müharibələr bir gün mütləq ədalətlə sona çatacaq. Azərbaycanın 30 il ərzində məruz qaldığı işğal və ədalətsizliyin 44 gündə və 23 saatda necə sona çatdığını bu gün eyni taleyi yaşayan xalqlar həsədlə izləyir, özləri üçün yollar axtarırlar. Amma bütün Qərbin hərbi və maddi dəstəyinə baxmayraq məsələnin hələ də “rusca” olduğu Ukrayna təcrübəsi bir daha onu göstərir ki, belə parlaq qələbəni bayram etmək üçün həm də ölkəsini dəmir yumruq kimi bir yerə yığa biləcək qətiyyətli liderin də olması əsas şərtlərdən biridir.
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO