TENDER KRALI OLAN DEPUTAT TƏBİB-ə NİYƏ CAN ATIR? - Dəyişiklik olacaq?
24-02-2024 [10:03]
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasına dəyişiklik gözlənilir.
Məlumata görə TƏBİB-in Müşahidə Şurasının üzvləri artırılacaq.
Bildirilir ki, TƏBİB-in Müşahidə Şurasında yer almaq istəyən şəxslərdən biri də deputat Kəmaləddin Qafarovdur. Lakin onun dərman monopolisti kimi tananması və bir sıra korrupsiya layihələrində adının keçməsi Qafarova ciddi problemlər yaradıb.
TƏBİB-dəki mənbə deyir ki, Kəmaləddin Qafarov bir müddət öncə eyni cəhdi hansısa nazir postunu tutmaq üçün də edib, amma nail ola bilməyib.
Kəmaləddin Qafarov Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzinin Baş direktor müavinidir.

Mediada yazılanlara görə Kəmaləddin Qafarov “Kanon” apteklər şəbəkəsinin sahibidir.
Onun eyni zamanda ölkəyə onkoloji dərman preparatları və vasitələri gətirən xeyli sayda şirkətlərinin də olduğu yazılıb.
K. Qafarova aid olan şirkətlərdən biri də “Azəri Med” olduğu deyilir.
Mövzu ilə bağlı Kəmaləddin Qafarovla əlaqə saxlamaq mümkün olmayıb. Ümumiyyətlə, Kəmaləddin Qafarov mediaya qapalı deputatlardan sayılır və ictimai rəyi ümumən nəzərə almır(Arqument.az)
Yeri gəlmişkən, deputata bağlı olan “Azeri Med” Qapalaı Səhmdar Cəmiyyəti bu il Milli Onkologiya Mərkəzinin iki tenderinin qalibi olub.
Mia.az xəbər verir ki, bu barəəd ötən ay ölkə mətbuatında məlumat yayılılb.
Bildirilib ki, tenderlərdən biri şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi, digəri isə tibbi və digər avadanlıqların satın alınması ilə bağlı keçirilib.
Bu iki tender üzrə MOM-la “Azeri Med” QSC arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 7 119 243,84 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Araşdırmalarımız zamanı aydın olub ki, “Azəri Med” QSC 10 manatlıq nizamnamə kapitalı ilə MMC kimi yaradılıb. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb. 2020-ci ildə isə şirkətin təşkilati hüquqi forması dəyişdirilib və “Azəri Med” QSC-yə çevrilib.
“Azəri Med” QSC-nin tibb sektorunda əsas oyunçulardan biri olması təsadüfi deyil. Məsələ burasındadır ki, bu şirkətin sahibi Milli Məclisdə təmsil olunur. Söhbət 9 saylı Binəqədi seçki dairəsindən mandat qazanan Kəmaləddin Qafarovdan gedir.
“Azəri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olması barədə mediada kifayət qədər yazılıb. Qarşı tərəf bu iddiaları indiyə qədər təkzib etməyib.
“Azəri Med” QSC demək olar ki, vaxtaşırı MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir. Bu da təsadüfi deyil.
Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində işləyib. O, deputat olmasına baxmayaraq, indi də qeyri-rəsmi olsa da, MOM-da səlahiyyət sahibi hesab olunur.
İndisə deputatın TƏBİB-ə can atması maraq doğurmaya bilməz...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi