Yeni Ədliyyə naziri hansı kriteriyalara cavab verməlidir?
19-02-2024 [11:51]
Samir Feyruzov
***
Prezident seçkilərindən sonra Azərbaycanda formalaşdırılan yeni hökumətin tərkibində Fikrət Məmmədovun yer almayacağı gözlənilən idi.
2000-ci ildən, 24 il Ədliyyə naziri vəzifəsini daşıyan F.Məmmədov ölkənin əhəmiyyətli personaya sahib olan "A" kateqoriyalı məmurlarının sırasında ilk yerlərdən birində qərarlaşırdı. Bu müddət ərzində sabiq nazir ölkənin ədliyyə sisteminin formalaşdırılmasında mühüm tədbirlərə imza atıb. Eyni zamanda o, ədliyyə sistemində kök salmış ənənəvi və betonlaşmış problemlərdən də xəbərdar idi. İndiki məqamda isə onun fəaliyyətinin müsbət və yaxud mənfi konteksdə təhlili məqsədəyuyğun mövzu hesab oluna bilməz.
Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycan üçün yeni dövrün başlandığını bəyan etdi. Öldədaxili, regional və qlobal proseslərin təhlili göstərir ki, bundan sonra heç bir sahədə problemlərin dərinləşməsinə yol vermək olmaz. Əslində Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini zərgər dəqiqliyi ilə həyata keçirən nəhəng bir qurum kimi qanunlarının aliliyini təmin edən güclü, ədalətli və şəffaf bir qurum olmalıdır. Ədliyyə sistemində klassik problemlərin mövcud olması təkzibolunmaz faktdır və sağlamlaşdırma tədbirlərinin görülməsi üçün strateji yanaşmalar sərgilənməli, proqramlar işlənib həyata keçirilməlidir. Lakin bütün bunların da bu sahədəki neqativləri aradan qaldıracağına inanmaq çətindir.
Yeni dövrün tələbləri göstərir ki, yeni Ədliyyə naziri hər hansı klanı və yaxud iri ranqlı məmuru təmsil etməməli, hüquq sahəsində geniş vizyona sahib olmalı, prosesləri müqayisəli şəkildə təhlil etmək qabiliyyətinə sahib olmalı, ədliyyə sisteminin problemlərini dərindən bilməli, hüquq cameəsindən çıxmalı, müstəqil arbitr kimi xalqına, dövlətinə və prezidentinə xidmət etməlidir.
Sırf hüquq təhsilli olduğuna görə bu posta kimsə təyin ediləcəksə, deməli, heç bir nəticə gözləməyə dəyməz, o da digərləri kimi dəbə minmiş “yeni texnologiyaların tətbiqi” ilə məşğul olacaq və binalar tikəcək.
Ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının rəhbərliyindən uzaqlaşdırılsa da, amma hələ də bu istiqamətdə ciddi təsir mexanizmlərinə malikdir.
Məhkəmə qərarlarının icrası həlli mümkünsüz ən ağır problemlərdən biri kimi qalmaqdadır.
Penitensiar Xidmət “xüsusi ada” kimi fərdi maraqlarla idarə olunur, vaxtilə Xidmətin əməliyyat-rejim sahəsinə rəhbərlik etmiş yeni rəisin həyata keçirdiyi “islahat”lar da daha çox kosmetik xarakter daşıyır. Deyə bilərik ki, yeni rəisin Xidməti müstəqil quruma çevirmək cəhdləri müşahidə olunur. Bu barədə təhlillərə və dəqiq infosmasiyalara əsaslanan məqalələrimiz olacaq.
Notariat və qeydiyyat sistemində nəzərəçarpacaq işlər görülsə də, uzun illərdir bu sahə bir sıra məmurların şəxsi obyekti kimi onlara və ailə üzvlərinə xidmət etməkdədir.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər