Üç rayonda əmək yarmarkası keçirildi - İşsizlər işlə təmin edilib

img

19-06-2014 [16:00]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 19-da Qax, Ağstafa və Daşkəsən rayonlarında Əmək yarmarkaları keçirilib.

 Nazirlikdən Mia.az-a verilən məlumata görə, Qax rayonunda 27 müəssisə üzrə 180 boş (vakant) iş yeri, Ağstafa rayonunda 48 müəssisə üzrə 251 boş (vakant) iş yeri, Daşkəsən rayonunda isə 17 müəssisə üzrə 270 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib. Tədbirlərdə vakant iş yerləri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirakı təmin olunub. Yarmarkalar zamanı əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.

 Növbəti Əmək yarmarkasının iyunun 20-də Qazax rayonunda keçirilməsi nəzərdə tutulub.

 Xatırladaq ki, cari ilin ötən dövründə Bakı şəhərində və respublikanın 6 rayon və şəhərində keçirilən Əmək yarmarkalarında ümumilikdə 919 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. 117 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA