Nazir Azərbaycanla bağlı şok açıqlama verdi

img

17-06-2014 [11:38]


Azərbaycanın Gömrük İttifaqına (Gİ) və ya Avrasiya İqtisadi Briliyinə (AİB) qoşulması ehtimal olunur. 

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Regional İnkişaf naziri İqor Slyunyayev deyib. Onun sözlərinə görə, AİB strateji layihədir və bu layihə özündə həm iqtisadi, həm də siyasi əməkdaşlığı özündə ehtiva edir.

"Ona görə də Azərbaycanın Gömrük İttifaqına və ya Avrasiya İqtisadi Briliyinə qoşulması tamamilə real görünür. Çünki bu təşkilatlarda regionun inkişafı üçün böyük perspektivlər var”, - deyə nazir bildirib.

Xatırladaq ki, may ayında Rusiya, Belarus və Qazaxıstan Astanada AİB-in yaradılması ilə bağlı saziş imzalamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA