İnvest-Az investisiya şirkətinə cərimə yazılıb - 30 min manata qədər

img

19-01-2024 [12:08]


“İnvest-Az investisiya şirkəti” QSC-yə inzibati protokol yazılıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın icraatındadır. Baxış iclası fevralın 1-də keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq