Maliyyə Nazirliyi ağac və gül alır - Tender və onun qalibi haqqında maraqlı faktlar var
16-01-2024 [21:58]
Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Zirə Gülçülük” QSC olub.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Zirə Gülçülük” QSC Maliyyə Nazirliyinin inzibati binası və həyətyanı sahəsində olan dekorativ bitkilərə 2024-cü il üzrə aqro xidmətlər göstərəcək və yeni bitkilər satacaq.
Göstəriləcək xidmətlər və satılacaq bitkilərin qarşılığında Maliyyə Nazirliyi “Zirə Gülçülük” QSC-yə 19 min 657 manat 62 qəpik ödəyəcək.
Açıqlanan rəsmi məlumatda göstərilir ki, Maliyyə Nazirliyi “Zirə Gülçülük” QSC-dən 1 ədəd “Cupressus Leylandi” ağacı, 140 ədəd “Sedium”, 124 ədəd “Aptenia”, 103 ədəd “Sungonium”, 100 ədəd “Viola Şile Sus”, 38 ədəd “Aglanema” və çoxlu sayda digər bitkilər alacaq.
Onu da bildirək ki, satın alınması nəzərdə tutulan bitkilərin siyahısında yer alan “Viola Şile Sus” adlı bitki növü yoxdur. Viola bənövşəkimilər fəsiləsinə aid bitki cinsinə verilən ümumi addır. Bu fəsilə aid onlarla bitki növü var. Məsələn, “Viola tricolor” (“Üçrəng bənövşə”), “Viola odorata” (“Ətirli bənövşə”) və yaxud “Viola arvensis” (“Çəmənlik bənövşəsi”) kimi onlarla bənövşə növü mövcuddur. Lakin, qeyd etdiyimiz kimi, elmi ədəbiyyatda “Viola Şile Sus” adlı bitki növü yoxdur. Ehtimal etmək olar ki, tender müsabiqəsində bitki adı kimi qeyd olunan “Viola Şile Sus” adındakı “Şile Sus” sözü Türkiyənin məşhur “Şile Süs Bitkileri” şirkətinin adının təhrif olunmuş formasıdır. “Şile Süs Bitkileri” şirkəti Türkiyədə bəzək (süs) bitkilərinin yetişdirilməsi və satışı ilə məşğuldur. Şirkətin rəsmi veb-saytında (https://www.silesusbitkileri.com/ ) Azərbaycana da bitki ixrac etdikləri qeyd olunub.
Məlumat üçün onu da bildirək ki, tenderin qalibi olan “Zirə Gülçülük” QSC 12 fevral 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 010 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. QSC-nin qanuni təmsilçisi Əliyev Ziyad Taqif oğludur.
Qeyd edək ki, “Zirə Gülçülük” QSC “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. “Zirə Gülçülük” şirkətinin qeydiyyatda olduğu ünvanda “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) adlı şirkət də qeydiyyatdadır. “Zirə Aqropark” MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir.
“FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir. Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur.
Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Gülçülük” QSC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi