BÖYÜK MÜSƏLMAN OBRAZI (Pritça)
16-01-2024 [13:13]
Qalib ARİF
***
Məşhur rus səyyahı və taciri Afanasi Nikitinin (XV əsr) “Yol qeydləri”ndə maraqlı məqamlar çoxdur. Onlardan birini oxuculara təqdim etmək istəyirəm. Düşünürəm ki, çox maraqlı, ibrətamiz bir əhvalatdır, əsl pritçadır. Gözümüzün qarşısında BÖYÜK MÜSƏLMAN obrazı canlanır. Düşünürəm ki, bu, imam, seyid nağıllarından yorulanlara daha çox lazımdır...
Deməli, Afanasi Nikitin gənc yaşlarından ticarətə başlayır. Bunun üçün ata-baba mülkünü 100 qızıla satır və cənuba gedən gedən atlı, arabalı bir karvana qoşulur. Məqsədi o dövrün ən məşhur ticarət mərkəzlərindən biri sayılan Hörmüz şəhərinə getmək və Rusiyada böyük bazarı olan qiymətli daş-qaş (onda hələ Ural yataaqları açılmamışdı) gətirmək olur. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Hörmüz Fars körfəzinin sahilində yerləşən qədim şəhər olub, XV-XVII əsrlərdə Hindistandan Avropaya yönələn əsas Ticarət yolu bu şəhərdən keçirdi. Hətta qədim bir misal da vardı ki, Hörmüz kimindirsə, dünyanın yarısı da onundur...
Afanasi Nikitin karvanla Həştərxana getmək, ordan da gəmi ilə Kaspidən Persiyaya (indiki İran) keçmək istəyirdi. Amma Həştərxan yaxınlığında karvana quldurlar basqın edir, qaçan qaçır, qırılan qırılır, qalanı da əsir götürürlər. Quldurlar xristian mənşəli olduqlarından dindaşlarına, onların malına toxunmurlar. Müsəlmanları isə talayırlar, özlərini də qandallayıb quyulara salırlar, ağzını da bağlayırlar, məqsəd onları qul kimi satmaq olur. Quyuya salınanlardan biri də Afanasi Nikitinin yolda dostlaşdığı Məhəmməd adlı cavan olur. Məhəmməd əslən Səmərqənddəndi, imkanlı bir tacirin oğlu idi, Rusiyaya yeni yerlər görməyə, yerli bazarları öyrənməyə gəlmişdi. Hətta rus dilini də bir az öyrənmişdi...
Beləliklə, quldurlar xristianlara toxunmurlar, sərbəst buraxırlar. Afanasi dostunu darda qoyub getmək istəmir, quldurlarla ticarət edir. Onlar cavan müsəlmanı buraxmaq üçün 30 qızıl istəyirlər. Bu, o dövrdə də böyük puldu, müəllifin dediyinə görə, bir karvanlıq ipək almaq olurdu. Amma 20 yaşlı Afanasi gözünü qırpmadan 30 qızılı verir, 20 yaşlı Məhəmmədi quyudan xilas edir. Dostlar gəmi ilə Persiyaya çatırlar, burda ayrılırlar. Afanasi cənuba - Hörmüzə gedən karvana qoşulur, Məhəmməd isə şərqə - Səmərqəndə yollanır. Afanasi dostunun cibinə 3 qızıl da yolpulu qoyur.
İllər keçir, “Yol qeydləri”ndə bu illərin əhatəli təsviri verilir, amma mən mətləbə dəxli yoxdur deyə, üstündən keçirəm. Afanasi Nikitin bu illərdə varlanır, ticarəti alınır, ad-san aqazanır. Ata-baba mülkünü qaytarır, hələ əlində 100 qızıl da maya qalır. Günlərin bir günü Moskova knyazı onu çağırtdırır, gəmi və bir dəstə adam verib Hindistana yola salır. Afanasi Nikitin 2 il yol, 3 dəniz keçir (Onun “Yol qeydləri” həm də “Üç dəniz arxasına səyahət” adlanır), yolda gəmisini də, dəstəsini də itirir, amma ən böyük arzusuna - Hindistana çatır. Əlində 5-10 qızıl qalır, bunlara da daş-qaş alır, Vətənə qayıdır...
Yenə yollar, aylar, illər, nəhayət qocalıb əldən düşən Afanasi Hörmüzə gəlib çatır. Şəhərdə daş-qaş bazarında gəzərkən, kimsə onu arxadan bərk qucaqlayır, elə sıxır ki, özü demiş “yollarda zəifləmiş canı ağzından çıxır”. Birtəhər “təcavüzkar”ın əlindən çıxır, dönüb arxaya baxır, görür saqqalı, orta yaşlı müsəlmandır, hardasa onunla yaşıddır. Diqqətlə baxır, tanımır, onun gözündə bütün müsəlmanlar qaradır, saqqallıdır və eyni adamdır. Saqqallı müsəlman gözlərindən gülümsəyir, Afanasi heyrətlə “Məhəmməd” deyir. Əski dostlar qucaqlaşırlar...
Məhəmməd təbii ki, dostunu buraxmır, onu bazardakı daş-qaş dükanına aparır. Yemək süfrəsi arxasıbda deyir ki, “mən də daş-qaş ticarətinə qoşulmuşam, bir dükan burda, birini də Hindistanda açmışam. Malı Hindistanda alıram burda topdan satıram, Şirazda, Səmərqənddə, Buxarada da dükanlarım var”. Afanasi dostunun uğurlürlana çox sevinir, başına gələnləri, Hindistan səfəri xatirələrini ona nəql edir... Məhəmməd də onu çox gözlətmir...
-Mənim sənə borcum var, 10 ildir ki, rahat yata bilmirəm, bunu düşünürəm. Mənim, bütün nəslimin Allahdan başqa heç kimə borcu yoxdur. İnan ki, indi çox sevinirəm, qorxurdum birdən ölərəm, bu dünyadan borclu gedərəm...
-Sənin mənə cəmi 33 qızıl borcun var...
-Yooox, biz səninlə tacirik, Afanasi. O vaxt Həştərxanda sənin cəmi 100 qızılın vardı, gözünü qırpmadan onun 33-nü mənə verdin. Bu, sənin bütün var-dövlətinin üçdən biri idi. Deməli, mən də bütün var-dövlətimin üçdən birini sənə verməliyəm. Amma verə bilmirəm, boynuma alıram ki, xəsisəm. Zarafat deyil, bu, neçə min qızıl deməkdir...
-Mən 33 qızıldan artıq istəmirəm, versən də götürmərəm...
-Sən kimsən ki, mənə şərt qoyursan? Sən mənim qonağımsan, harda buyursam, orda oturmalısan, nə qədər versəm, o qədər almalısan. Mən sənə
100 qızıl verəcəyəm, amma qızıl şəklində yox, daş-qaş şəklində və Hindistandan aldığım qiymətə. Etiraz etmə, xətrimə dəyərsən, küsərəm Həştərxana gedərəm, quyuya girərəm...
Dostların gözləri yaşarır, yenidən durub qucaqlaşırlar...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər