Sizin oksitosininiz bu gün nə qədər olub?
11-01-2024 [22:55]
Zülfiyyə Mustafayeva
(Beynəlxalq Təşəkkür Gününə sözardı)
***
Bu gün Beynəlxalq Təşəkkür Günü idi.
Bunun bir tarixçəsi var, deyəcəyəm indi.
Qarışıq fikirlər yaradır bu təqvim günü adamda. Əslində qəşəng gündü: insanlar bir-birinə minnətdarlıq edir. Fərqi yoxdu, nəyə görə. Lap ürəyində nə tutubsa, ona görə kiməsə təşəkkür etmək çox xoş bir şeydi. Bir yandan da fikirləşirsən ki, nə ehtiyac var-e, belə mərasimlərə, onsuz da addımbaşı hər şeyə görə təşəkkür edirsən gündəlik həyatında. O gün məsələn, mən, uşagın pampersini başıma tullamadıgına görə yuxarı mərtəbədəki qonşuma ürəyimdə təşəkkür eləmişəm. Hələ belə təşəkkürlərim gün ərzundə Allah bilir, nə qədərdi.
Sadəcə, adam hətta belə bir günün mövcudlugu üçün də olsa, Təşəkkür etmək istəyir az qala.
Psixoloqlar deyir ki, guya bir təşəkkür sözü insanın hafizəsində ən azı bir ay qalırmış.
Yəqin elə ona görə Amerikada bu günün əhəmiyyətini xüsusi qeyd edirlər: camaat orada düz bir ay bir-birinə təşəkkür edir, flaşmoblar keçirir.
Deyilənə görə, dünyada ən mehriban şəhər Nyu-Yorkdu. Orada insanlar tualetdə də bir-birinə təşəkkür edir, məsələn, tualetdən tez çıxdıgına görə.
Təşəkkür etmək o qədər maraqlı bir davranışdı ki, onun ardıyca istər-istəməz adamda xoş hisslər baş qaldırır. Əvvəla, üzün gülür ki, gülüş də bizə çox lazımlı bir şeydi. Həkimlər deyir ki, insan təşəkkür eşidəndə, onun orqanizmində “oksitosin” adlı hormon ifraz olunur ki, bu da psixi saglamlıq üçün çox vacibdi. Digər tərəfdən, əgər təşəkkürü heç gözləmədiyin birindən almısansa, ikiqat sevinirsən. İndiki zəmanədə heç təşəkkür borcu olanlardan bunu gözləmək mümkün deyil. İnsanlar bəzən özünü kobud desək, elə “eşşək yerinə” qoyur ki, yüngülcə təəccüblənirsən: təşəkkür cəhənnəmə, heç olmasa, hörmətüvü əsirgəmə, - deməyin gəlir o adamlara.
Deyəcəksiniz ki, məgər təşəkkür üçünmü yaşayır insan? Yaxşı, bəs qazancımız nə olsun? Nəylə xoşbəxt olaq? Bir təşəkkürə dəymirmi bunca etdiklərimiz? Təkcə yaxınlarımızdan getmir söhbət. Zatən, ailə, uşaq, qohum-əqrəba, tanış-biliş, dost-tanış üçün etmədiyimiz yoxdu. Bir baxırsan, hər kəs səndən bir şeylər umur və əvəzində təşəkkür etməyi vacib bilmir. Mənim elə vaxtlarım olub ki, bütün günüm kiminsə probleminin həllinə həsr olunub. Vaxtımı demirəm, resurslarımı demirəm, ürəyimi-e, ürəyimi, duygularımı sərf etmişəm həmn problemin araşdırılmasına. Sonda bir təşəkkür ala bilmirsə insan, növbəti dəfə o, sadəcə, susacaq. İnanın mənə, susacaq.
Bu gün təşəkkür etmək istədiyim çox adam var. Ailəmi, yaxınlarımı desəm, çox şablon olacam, bilirəm. Amma deməsəm də olmur axı. Məsələn, mən o üzümü güldürən, həyatıma rəng qatan ogluma necə təşəkkür etməyim? Dostlarım var, ən pis günümdə məni mənəvi olaraq çəkib quyudan çıxaran adamlara necə minnətdarlıq etməyim? Məni hər dəfə ölümün agzından alan həkimləri unutmaq olarmı? Bizə elm-savad verənləri də təşəkkürdən məhrum etməyək, lütfən.
Burada dindoşluq edib Allahıma da təşəkkür etmək keçir ürəyimdən, amma deyirəm, çox da dərin mövzulara girməyim. Çünki, ona qalsa, ən çox Əzrayıla təşəkkür etməyim gərəkir, ona görə ki, hər dəfə məni siyahıya salıb gəlir bu planetə və sonra məni sizlərə bagışlayaraq gedir.
Təşəkkür Gününün tarixçəsi var demişdim.
Ümumiyyətlə, “Təşəkkür” sözünü qədimlərdə insanlar əsasən, dini mənada istifadə ediblər: Allaha təşəkkür, onun verdiyi nemətlərdən istifadəyə təşəkkür və s. bu kimi hallarda dilə gəlib. Bunu 16-cı əsrdə daha çox dəbə salıblar. Daha sonra müasir dünyada 20-ci əsrdən başlayaraq insanların aktiv işlək sözünə çevrilib. Sonda BMT və UNECKO bu sözün dünyada bir bayram olaraq qeyd olunmasını təklif edərək tarixi qərar veriblər.
Türklərdə bir söz var: “əl öpənin çox olsun“.
Mən də deyirəm ki, “təşəkkür edənləriniz çox olsun”.
Bu yazını oxuyan adam, sənə də çox Təşəkkür edirəm.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər