“Vecon Consulting” illik hesabat açıqladı
11-01-2024 [17:39]
"Vecon Consulting" şirkəti qiymətləndirmə sektorunun aparıcı şirkəti olaraq ənənəsini davam etdirərək fəaliyyəti barədə 2023-cü ilin nəticələrini əks etdirən illik hesabat açıqlayıb.
Mia.az-a verilən məlumata görə, şirkətin illik hesabatında deyilir ki, 2023-cü ildə şirkətin iş portfeli ötən il ilə müqayisədə 11,1% artıb. Müvafiq olaraq şirkətin xərcləri 8,9 %, mənfəəti isə 13,6 % artıb.
Yola saldığımız ildə "Vecon Consulting"in işçilərinin sayında da artım olub ki, bu öz növbəsində 13% təşkil edib. İşçilər arasında keyfiyyət şəhadətnaməsinin yüksəldilməsi istiqamətində ciddi nəticə qeydə alınıb: şirkətin iki mütəxəssisi sertifikata layiq görülüb.
Şirkətin partnyorlarının sayında da ciddi artım qeydə alınıb. 2022-ci ilə nisbətən bu il şirkətin yeni müştərilərinin sayı 21 % artıb. Ölkədə fəaliyyət göstərən bankların 70% şirkətin partnyorudur, qiymətləndirmə hesabatları isə bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı 2-yə qalxıb. Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkəti ilə əməkdaşlığa start verilib.
Şirkətin müvəkkil təşkilatı olduğu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərin sayı 33 % artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə müraciətlərin sayında isə azalma olub – 2,5 faiz.
"Vecon Consulting" in daimi partnyorlarının yenidən müraciət sayında 19,8% artım qeydə alınıb.
Şirkətin 13 regional nümayəndəliklərindən 5-i fərqlənmə sertifikatına layiq görülüb. "Vecon Consulting" Azərbaycanın bölgələrinin 100 faizində təmsilçilik hüququ əldə edib. Bu isə ölkəmizin qiymətləndirmə sektorunda yeganə faktoloji göstəricidir.
Qiymətləndirmə şirkətləri içərisində peşə riskinin sığortalanmasını həyata keçirən ilk şirkətlərdən olan "Vecon Consulting" şirkəti 2023-cü ildə sığorta təminatını 1 milyon manatdan 1,5 milyon manata yüksəldib.
Şirkət daşınar və daşınmaz əmlakın, inşaat materialların qiymətinin təhlili sahəsində fərqlənməyi də bacarıb. Bu il ərzində 17 analitik qiymətləndirmə təhlili ictimaiyyətə təqdim olunub. Bunlardan 8-i ödənişli əsaslarla istifadə edilmə şərti ilə tanınmış iqtisadi portallarda yayınlanıb. Bu hesabatlar paytaxtı və regionlar da daxil olmaqla 5 fəaliyyət sahəsini əhatə edib.
Şirkət sayım və inventarizasiya istiqaməti üzrə xidməti bu ildən etibarən daha da aktivləşdirib.
"Vecon Consulting" 2023-cü ildə komunikasiya imkanlarını, peşəkar fəaliyyət üçün zəruri olan vasitələrin sayını artırıb.
Xatırladaq ki, "Vecon Consulting" qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.
Şirkət tanınmış "JSC International Valuation Centre" və EVA Gayrimenkul Degerleme şirkətlərinin ölkəmizdəki partnyorudur. Şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. "Vecon Consulting" MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.
Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, tanınmış iqtisadçı ekspertdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi