15-06-2014 [10:39]
"Yazıb sizə bildirirəm ki, Cəlilabad rayonunda yerləşən 30 saylı Tibbi-Ekspert Komissiyasının rəhbəri Xoşbəxt Ağayevanın saxtakar əməlləri ilə bağlı dövlət orqanlarına müraciət etmişdik.
Xoşbəxt Ağayeva vəfat edən və Rusiyada olan vətəndaşların sənədlərini saxtalaşdıraraq dövlətin pullarını mənimsəyir. TSEK-i rüşvət yuvasına çevirib, o, bura vəzifəyə göndəriləndən sonra "tas” ikiqat qalxıb. Cəlilabad rayonu Günəşli kənd sakini İmanova Zəminə Əlgüşad qızı 2012-ci ilin iyun ayında vəfat etmişdir. Lakin 30 saylı TSEK-in ağıllı rəhbəri Xoşbəxt Ağayeva onu komissiyada müayinədən keçirərək xəstəliyini təsdiq etmişdir. 363 nömrəli saxta protokol Xoşbəxt Ağayevanın imzası ilə Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad şöbəsinə göndərilmişdir. 16.04.2014-cü ildə tərtib olunmuş həmin protokolda mərhum Zəminə İmanovanın sıra nömrəsi 137, ona yazılmış arayışın nömrəsi isə 374 494-dür. Həmin protokolların əlimizdə olan sürətini sizə göndəririk ki, araşdırılsın və cinayətə hüquqi qiymət verilsin. Bu işi Xoşbəxt Ağayeva rüşvət alaraq görmüşdür.
Dövlət orqanlarına bu barədə məktubumuzdan sonra Xoşbəxt Ağayeva öz yanına çağırdı. Hamımızı ağır küçə söyüşləri ilə təhqir etdi, həbs etdirəcəyi ilə hədələdi. Dedi ki, gedin hara şikayət edirsinizsə edin, mənim adamım var, nə yolla olursa olsun bu işi bağlatdıracağam, amma sizə pis olacaq! İndi həyatımız təhlükədədir, Xoşbəxt Ağayeva bizi şərləyərək tutdurmaq istəyir. Biz bu işi qaldıranlar Qarabağ veteranları və xəstə adamlarıq, əsəblərimiz tamamilə tarıma çəkilib.
Xahiş edirik ki, bu məsələni işıqlandırın və dövlət təhlükəsizliyimizin təminatı üçün tədbirlər görsün. Xoşbəxt Ağayevanın saxtalaşdırdığı həmin kağızların, ölmüş adamın adına saxtalaşdırdığı dövlət sənədlərinin surətini sizə göndəririk ki, baxasınız. Bu adam hüquq-mühafizə orqanlarına rüşvət verərək, sudan quru çıxmaq istəyir. Azərbaycan dövlətçiliyinə ləkə gətirilməsinin qarşısının alınmasını özümüz və Cəlilabadın çoxsaylı camaatı adından sizdən xahiş edirik”.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi