«Azərsu» Daxili Qoşunlara uduzdu - 46 minlik borc davası bitdi (Özəl)

img

14-06-2014 [15:28]


  «Azərsu» ASC Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumla məhkəmə çəkişməsindən məğlub ayrılıb.

 Mia.az xəbər verir ki, Azərsu» ASC-nin DİN-nin tabeliyinə olan Daxili Qoşunlara qarşı qaldırdığı borc tələbindən bəhs edən şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb: «ASC Daxili Qoşunlardan istifadə etdiyi su kanalzasiya borcu olaraq ümumilikdə 45830 manat pul tələb edirdi. ASC-nin iddia ərizəsində Daxili Qoşunlarının Baş İdarəsinin hesabından tutulması tələb olunan bu məbləğə su və kanalizasiya xidmətlərinə görə 38.822 manat məbləğində əsas borc, 6987 manat məbləğində penya və 20 manat dövlət rüsumu daxil idi. Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakim Elmira Nağıyeva şikayətə baxıb o, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmənin qətnaməsini qüvvədə saxlayıb».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA