“Topaz” və “Misli”dən yeni hoqqabazlıq – Saxta nəticələrlə insanları necə aldadırlar?
30-12-2023 [11:53]
Azərbaycanın “qumar bazarı”nda hegemonluq edən, “Topaz”la birlikdə monopoliya şəraiti yaradan “Azərlotoreya”nın əməlləri barədə şikayətlər günü-gündən artmaqdadır...
Mərc həvəskarları, o cümlədən də maddi sıxıntılarını bu vasitə ilə həll edəcəyinə inanan sadə vətəndaşlar hər gün aldadılır. Cəlbedici və qanunazidd reklamlar vasitəsiylə insanlar qumara cəlb edilir. Nəticədə də aldadılmış vətəndaşların əllərindəki son qəpik-quruşu da “Misli”nin mərc oyunlarında, yaxud da insanların həyatını alt-üst edən “Poz-qazan” tipli qumar növlərində uduzurular.
Qeyd etdiyimiz kimi, “Misli”ylə “Topaz”ı bu işdə əlini bərkidən, onları arxayınlaşdıran rəqabətsizlik mühitidir. Qanunlar mərc həvəskarlarının internet vasitəsiylə xarici mərc kontorlarıyla oynamasını qadağan edir. Xarici kontorların saytları bloklandığından və yerli bank kartları ilə əməliyyat aparmaq mümkün olmadığından “Topaz”la “Misli” müştərilərlə istədikləri kimi davranırlar. Mərc həvəskarlarına aşağı əmsallar, məhdud seçimli proqramlar təqdim olunur. Məqsəd də məlumdur: Bütün vasitələrlə sadə insanların uduş qazanmasını əngəlləmək...
Son vaxtlar sosial şəbəkələrdə şikayətlənən mərc həvəskarları “Misli” və “Topaz”ın yeni fırıldağından bəhs edirlər. Onlar bildirirlər ki, oyun proqramı xeyli kasad olan, mərc həvəskarlarının seçim imkanlarını azaldan monopolist şirkətlər “yeni üsullar” axtarışındadırlar. Belə ki, canlı mərcə təqdim olunan oyunlar tez-tez dondurulur, bir çox mərkəzi qarşılaşmalar canlı mərc üçün açıq olmur. Daha çox diqqət çəkən, azarkeşlərin maraqlarına səbəb olan oyunlar zamanı isə “Misli”nin saytı ümumiyyətlə “donur”, sayta daxil olub mərc etmək mümkün olmur.
Qəsdən yaradılan “texniki problemlər” mərc həvəskarlarının diqqətini yayındırmağa, onları çaşdırmağa hesablanıb. Sosial şəbəkələrdə yayılan və sizə təqdim etdiyimiz ilk nümunəyə diqqət edin. Ukrayna çempionatında keçirilən “Kolos” – “Dinamo Kiyev” qarşılaşmasının 19-cu dəqiqəsində qonaq komandanı Tımçik hesabda önə çıxarıb, 51-ci dəqiqədə isə meydan sahibləri bərabərlik qolunu vurublar. Görüşün 81-ci dəqiqəsində çəkilmiş fotoya diqqət edin. “Misli”nin saytı hesabı 0:1 göstərir və qonaq komandanın qələbəsi 4,12 əmsalla qiymətləndirilir. Hesabı başqa mənbədən dəqiqləşdirməyən sadə insan əmsala aldanır, tələm-tələsik “Dinamo”nun qələbəsinə pul qoyur. İşin əslində isə qarşılaşma 59-cu dəqiqədən etibarən 1:1 davam edib elə hesabla da bitib. Təsəvvür etmək belə çətindir ki, nə qədər mərc həvəskarı “Misli”nin bu tələsinə düşüb. Adətən uduzanlar daha da qəzəblənir, uduzduğu pulu qaytarmaq üçün daha böyük məbləğdə mərc edir. Belə olan halda da daha dərin bataqlığa yuvarlanır.


Dekabrın 21-də İtaliya kubokunda “İnter”lə “Bolonya” qarşılaşıb. Əsas vaxtı 0:0 hesabıyla yekunlaşan oyunda qalib “Bolonya” olub. Qonaqlar 112 və 116-cı dəqiqələrdə vurduqları qollarla əzmkar qələbə qazanıblar. Təqdim etdiyimiz fotoya diqqət edin. Gecə saat 3:37-də “Misli” bu görüşü hələ də davam edirmiş kimi göstərir, özü də “İnter” hesabda öndə görünür. Təsəvvür edirsizmi, gecənin bir aləmində yuxulu, hətta sərxoş hansısa mərc həvəskarı bu görüntüyə aldanıb, nə qədər pul qoyuluşu edər. Çünki belə vəziyyətdə həmin şəxsin dəqiqləşdirmə aparacağı heç də inandırıcı deyil.

“Misli”nin növbəti “şah əsəri”nə izləyicilər dekabrın 14-də keçirilən “Qarabağ” – “Hakken” oyunu günü rastlayıblar. “Misli”nin saytında təqdim edilən turnir cədvəlinə diqqət yetirək. UEFA-nın qaydalarına əsasən qrupda xalı eyni olan rəqiblərin aralarında keçirdikləri oyunun nəticələri əsas götürülür. Yəni, 6-cı tur ərəfəsində “Qarabağ” “Molde”ni qabaqlayırdı. Çünki “köhlən atlar” norveçliləri Bakıda məğlub edib, səfərdəki görüşü sərfəli heç-heçəylə bitirməyi bacarmışdılar. Bu isə deməkdir ki, “Bayer”lə “Molde”nin qarşılaşması bərabərliklə bitsəydi, “Qarabağ”a da “Hakken”lə Bakıdakı oyunda 1 xal kifayət edəcəkdi. Mərc həvəskarları bilir ki, belə məqamlar xırda və vacib nüanslardır. Amma “Misli” öz saytında reallıqdan uzaq turnir cədvəli yerləşdirməklə elə təəssürat yaradır ki, üstün olan tərəf “Molde”dir.

Təqdim etdiyimiz nümunələr sadəcə bir neçə nümunədir. Özü də nə sirri-xudadırsa, belə “texniki problemlər” həmişə mərc oynayanların ziyanına olur. Elə burdan da bir məqam öz təsdiqini tapır: “Həmişə qumarı oynadan udur”. Ona görə də ən yaxşısı qumardan uzaq olmaqdır. Bunu unutmayın, əziz oxucular!
Poliqon.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi