Mehman Əliyev: "Seçkidən sonra daxildə ciddi islahatlar aparılacaq” - BAP sədri isə əksini deyir
29-12-2023 [12:27]
“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev AYNA-ya açıqlamasında prezident seçkisinin niyə 15 ay əvvəl, növbədənkənar keçirilməsi qərarı barədə danışıb.
Mia.az-ın məlumatına görə, o, deyib ki, Azərbaycan parlamentli respublikaya keçidə hazırlaşır: “Növbədənkənar seçki buna hazırlıq məqsədi daşıyır. Bu seçkidən sonra İlham Əliyev daha 7 il hakimiyyətdə qalacaq. Çünki faktiki olaraq seçkidə onun rəqibi yoxdur və heç şübhəsiz ki, qalib də özü olacaq. Bu seçkidən sonra daxildə ciddi islahatlar aparılacaq”.
M.Əliyevin sözlərinə görə, referendumun keçirilməsi, ardınca da yeni idarəetmə sisteminin formalaşması gözlənilir: “Bundan sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyini ehtimal edirəm. İlkin olaraq yarıparlamentli, yarırespublikalı bir sistem yaradılacaq. Parlamentin də təkcə majoritar deyil, eləcə də proporsional qaydada formalaşacağını düşünürəm. Yəqin ki, bütün bunlarla yanaşı, iqtidarın daxilində də ciddi dəyişikliklər həyata keçiriləcək. Hansı ki, neçə illərdir buna hazırlıq gedirdi”. M.Əliyev hesab edir ki, prezident seçkisi vaxtında keçirilsəydi, bu, hakimiyyət üçün müəyyən risklər yarada bilərdi: “Növbəti 7 il üçün bu məsələni gündəmdən çıxarırlar. Son vaxtlar hakimiyyətin atdığı addımlar, həbslər, ABŞ və Qərbə qarşı ictimai hücumlar da bunun tərkib hissəsidir. Yəni hakimiyyət Qərbi məlum təzyiqlərdən çəkindirmək istəyir. Maksimum rahat bir seçki keçirmək istəyirlər”.
Bu cür proqnozlar daha əvvəllər də səslənib: ölkədə referendum olacağı, qanunvericiliyə dəyişikliklər ediləcəyi, iki sistemli deputat seçkiləri keçiriləcəyi, hətta mandat sayının artırılacağı kimi ehtimallar irəli sürülüb. Eyni zamanda prezident seçkisindən sonra idarəetmənin fəlsəfəsində dəyişikliklər, kadr və struktur yenilikləri ediləcəyi gözlənilir. Lakin yarıparlamentli respublika üsul-idarəçiliyi nə dərəcədə mümkündür? Hakimiyyət buna niyə hansı zərurətdən getsin ki? O halda prezidentin səlahiyyətlərinin azalması, yaxud parlamentin rolunun artması idarəçilikdə yeni problemlər yaratmazmı?
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, prezidentliyə namizədliyi irəli sürülən Elşad Musayev “Yeni Müsavat”a dedi ki, 7 fevral seçkisi dünyada gedən proseslər nəzərə alınaraq təyin olunub.
E.Musayev hesab edir ki, geopolitik qarşıdurmanın güclənməsi, Cənubi Qafqazda cərəyan edən hadisələr, Rusiyada və ABŞ-da gələn il baş tutacaq prezident seçkiləri səbəbindən hakimiyyət növbədənkənar seçki qərarı verdi. Prezidentliyə namizəd hesab edir ki, bunun ardınca referendum və parlament seçkiləri mümkündür, amma yarımprezidentlik sisteminin olacağı inandırıcı deyil: “Azərbaycanda daha da güclü prezident sisteminə söykənən, dövlət başçısının böyük səlahiyyətləri olan bir idarəetmə görəcəyik. Ona görə belə bir ideya ağlabatan deyil. Hakimiyyətin qəbul etdiyi üsul-idarəçilik, model güclü prezident idarəçiliyidir. O baxımdan bu cür proqnozların reallaşacağını gözləmirəm”.
Prezidentliyə namizədliyini irəli sürmüş Fuad Əliyev də referendum və Milli Məclis seçkilərinin erkən olmasını istisna etmir. Bununla belə, onun fikrincə, yarımparlamentli idarəetmə real görünmür: “O zaman baş nazirin səlahiyyətləri, spikerin funksiyaları dəyişəcək. Belə bir modelin olacağını təsəvvür etmirəm. Əksinə, Azərbaycanda prezident idarəçiliyi möhkəmlənir. Zənnimcə, fikri səsləndirməkdə müəyyən tələskənliyə yol verilib. Amma parlamentə seçkilərdə proporsional sistemin tətbiqi istisna edilmir. Halbuki bu haqda Mərkəzi Seçki Komissiyasının sədri hər hansı ipucu belə verməyib, amma bəzən siyasətçilərdən çağırışlar eşitmək mümkündür. Sadəcə, biz iqtidarın nə proqnozlaşdırdığını tam olaraq təxmin edə bilmərik. Onu deyə bilərəm ki, hər iki sistemlə deputat seçkiləri keçirmək yaxşıdır. Hər halda, 7 fevraldan sonra bir sıra dəyişikliklərə şahid olacağıq”.
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR