Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”

img

25-03-2026 [08:33]


“Niyə siz “Artsax” deyirsiniz?!”

“News.am” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan suallarına cavab verdiyi jurnalistə irad tutub.

“Bəs onda Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verilməyi sizi niyə narahat edir? Belə deyək, Sevana başqa ad verirlər?”, - deyə spiker narazılığını ifadə edib. 

Simonyan özünün də nə vaxtsa bu adı işlətməsini səhv adlandırıb: “İndiki halda xahiş edirəm ki, Yerevan İrəvan və ya Sevan necəsə başqa cür adlandırılanda narahat olmayın”.

Jurnalistlərin “Sevan bizimdir” deməsinə isə Simonyan “Qarabağ da Azərbaycana məxsusdur” cavabını verib/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA