“Araz” supermarketlər şəbəkəsi adından yayılan saxta kampaniyaya - ALDANMAYIN!

img

25-03-2026 [14:16]


Son günlər sosial şəbəkələrdə və mesajlaşma platformalarında “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adı ilə saxta kampaniya yayılmaqdadır.

Mia.az xəbər verir ki, bu mövzu ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli öz sosial şəbəkə hesabında paylaşım edib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Həmin saxta elanlarda istifadəçilərə linklər təqdim edilərək guya “15-ci ildönüm hədiyyələri” çərçivəsində müxtəlif mükafatlar, o cümlədən mobil telefonlar qazanmaq təklif olunur.

"Rəsmi olaraq bildiririk:

• “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adlı kampaniya tamamilə saxtadır;

• Bu məlumatların “Araz” supermarketlər şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur;

• Paylaşılan linklər dələduzluq məqsədi daşıyır və şəxsi məlumatlarınız üçün təhlükə yaradır.

Diqqət!

“Araz” supermarketlər şəbəkəsinin adından istifadə edilərək yayılan bu tip mesajlar vətəndaşların aldadılmasına yönəlib.

Vətəndaşlara tövsiyə edirik:

• Bu cür linklərə daxil olmayın;

• Şəxsi və bank məlumatlarınızı paylaşmayın;

• Bu mesajları silin və yayılmasının qarşısını alın.

“Araz” supermarketlər şəbəkəsi bütün kampaniyalarını yalnız rəsmi sayt və sosial media hesabları vasitəsilə elan edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA