Xanəndə: "Boş-boş danışırlar"

img

27-03-2026 [13:55]


Əməkdar artist, xanəndə Elnarə Abdullayeva açıqlaması ilə yenidən gündəmə gəlib.

Mia.az Musavat.com-a istinadən bildirir ki, sənətçi “həyatımı sənətimə qurban vermişəm” deyən həmkarlarını sərt tənqid edib.

O, “Öz aramızda” verilişində bu barədə fikirlərini açıq şəkildə ifadə edib:

“Bəziləri deyir ki, həyatımı sənətimə qurban vermişəm. Bunu deyənlər tamamilə yalan danışır. Boş-boş danışırlar. Nəyə görə insan həyatını, mənəviyyatını, şəxsiyyətini qurban versin? Əgər belə bir qurban varsa, bu, sənin öz daxili aləmindən gələn bir seçimdir. Sənəti bəhanə etmə. Mən bu sənətə gəlmişəm və heç nəyimi qurban verməmişəm. Həyat və sənət paralel gedir. Ona görə də yalan danışmasınlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:56 27.03.2026

Sabah yağış yağacaq

15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA