Şahin Cəfərli: "Husilərin Qırmızı dənizdə daşımaçılığa maneələr yaratması təsadüf deyil"
25-12-2023 [17:38]
"OPEC+ formatının neftin qiymətini davamlı yüksəltmək imkanlarının tükənməyə başladığı mərhələdə husilərin Qırmızı dənizdə daşımaçılığa maneələr yaratması təsadüf deyil".
Mia.az xəbər evrir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, bu tip proksi qruplaşmalar özlərinin və himayəçilərinin maraqlarına zidd olmayan hər cür təklifə açıq olur və sifarişlə iş görürlər: "Onların tutaq ki, Səudiyyə Ərəbistanı ilə konflikti ciddi problem deyil, bu qrupun başçıları idealist, yaxud ağılsız fanatiklər yox, praqmatik adamlardır. Yəni neftin qiymətinin artmasında və ya stabil-yüksək qalmasında hansı böyük oyunçular maraqlıdırsa, husilərin hərəkətə keçməsində də məhz onların maraqlı olduğuna şübhə yoxdur. (Məsələ sırf İsrailə zərər vurmaq niyyəti ilə bağlı ola bilməz, çünki təkcə İsrailə yük daşıyanlar yox, bütün gəmilər hədəf alınır.) İranın bu qruplaşma (“Ənsərullah”) üzərindəki təsiri məlumdur. İrandan əlavə, qiymətlərin artmasında marqlı olan əsas oyunçular sözsüz ki, Səudiyyə Ərəbistanı və Rusiyadır".
Ş.Cəfərli qeyd edir ki, yüksək neft qiymətləri təkcə büdcə stabilliyi üçün deyil, geosiyasi maraqlar baxımından da Putin rejimi və Səudiyyə monarxiyası üçün vacibdir: "Xüsusən ABŞ seçkiləri öncəsi onlar neftin (və təbii ki, neft məhsullarının) baha qalmasına çalışırlar ki, Trampın qələbə ehtimalı daha da artsın. (Rusiya eyni zamanda ABŞ-ın diqqətinin Ukraynadan mümkün qədər çox yayınmasına da çalışır.) Təbii ki, indiki ABŞ administrasiyası da bunu bildiyi üçün öz amorf bürokratik sisteminə rəğmən, husilərin provokasiyalarına çox operativ reaksiya verərək Qırmızı dənizdə azad gəmiçiliyi təmin etmək üçün “Rifahın mühafizəsi” adlı əməliyyata başlamağa qərar verdi. ABŞ-ın sürətlə formalaşdırdığı 10 dövlətdən ibarət koalisiya ticarət gəmilərini və tankerləri “Qırmızı dənizin quldurları”ndan qoruyacaq.
Lakin Rusiya-Səudiyyə neft ittifaqının siyasətinin əks nəticələri də göz önündədir və uzun müddət həmin siyasətin davam etdirilməsi bu rejimlər üçün sərfəli görünmür. ABŞ neft sənayesi (o cümlədən şist sənayesi) ciddi inkişafdadır və hasilat artır. 4-cü rüb üçün ABŞ-da hasilat 12,5 milyon barrel həcmində proqnozlaşdırıldığı halda, 13,3 milyon barrel təşkil edəcəyi gözlənilir. Bu və əlbəttə ki, qlobal iqtisadiyyatla əlaqəli digər səbəblərdən OPEC+ formatının hasilatın ixtisarı yolu ilə bazara təsir imkanları get-gedə azalır".
Samir Musayev
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR