Bu sahələr üzrə vergi güzəştlərinin müddətləri artırılıb - DETALLAR
26-12-2023 [10:50]
Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri 2024-cü ildə müddəti bitən vergi güzəştlərinin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra vergi güzəştlərinin tətbiqi müddəti 2024-cü il yanvarın 1-də başa çatır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə tətbiq olunan güzəştlərin də bu siyahıya daxil olduğunu, aqrar sektorun ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində mühüm rolunu nəzərə alaraq, bu sahə üzrə güzəştlər daha 3 il müddətinə uzadılır.
Bununla yanaşı, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Belə ki, qanunvericiliyin tələbinə görə siyahı üzrə təsdiq edilən yem və yem əlavələrinin birbaşa heyvandarlıq və quşçuluq təsərrüfatlarına satışı zamanı ƏDV-dən azadolma tətbiq edilirdi. Vergi qanunvericiliyində yeni dəyişikliyə əsasən, həmin məhsulların idxalçıları və ya istehsalçıları tərəfindən belə məhsulların topdansatış qaydasında istənilən mərhələsində satışı ƏDV-dən azad olunur. Beləliklə, güzəşt üzrə ƏDV azadolmasının tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, bir sıra digər istiqamətlər üzrə müddəti bitən güzəştlər daha 3 il uzadılıb. Belə ki, Bakı Şəhər Halqası ilə “Formula 1” Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin artırılmasına dair yeni müqavilənin imzalanması ilə əlaqədar bu sahə üzrə mənfəət və ƏDV güzəştlərinin müddəti artırılıb.
Həmçinin təsdiq edilən siyahı üzrə dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddəti uzadılıb.
Eləcə də, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddətləri də artırılıb. Əlavə olaraq bu güzəştin təsdiq edilən siyahı üzrə ictimai və sosial məqsədlər üçün yaradılmış fondların, o cümlədən “Qarabağ Dirçəliş Fondu”, “Yaşat Fondu”, “Heydər Əliyev Fondu”nun vəsaitləri hesabına tibbi xidmətlərin göstərilməsinə də şamil edilməsi nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi