Eldar Əzizov yenidən nişangahda, Sumqayıtın başçısını yoxlayacaqlar

img

13-06-2014 [13:40]


Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının saxlanılmasına və Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.

Eyni zamanda dövlət büdcəsinin "Səhiyyə” bölməsi üzrə "Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinə, dövlət əsaslı vəsait qoyuluşundan Neftçala Rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə Sumqayıt şəhərində məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanmasına dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA