Bakının mərkəzində torpağın sotunun qiyməti qalxdı - 1 milyon

img

12-06-2014 [12:28]


Bakının mərkəzində 1 sot torpaq sahəsinin qiyməti 400-500 min dollardır. Paytaxtın elə yerləri var ki, misal üçün, Səbayel rayonunda 1 sot torpaq sahəsi 1 milyon dollar ola bilər.

Bunu echo.az-a Davamlı İnkişafı Araşdırma Mərkəzinin sədri Nəriman Ağayev deyib.

Onun sözlərinə görə, bu cür yüksək qiymətlər Azərbaycanın torpaq bazarında manipulyasiya deyil. Qiymətlər Bakının mərkəzi rayonlarında torpağa tələbat və onların rentabelliliyi ilə bağlıdır. Torpaq alaraq sahibkar orada ev tikir. 5-6 mərtəbəni tikdikdən sonra o, təmiz qazanc əldə edir. 10-12 mərtəbəli bina tikərək xərclədiyi vəsait qədər pul qazana bilir.

"Bu səbəbdən də belə tələbat var. Tələbat olduqca, qiymətlər düşməyəcək", - o əlavə edib(milli.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA