SOCAR-ın gəlir azalıb
04-12-2023 [12:05]
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısını 1,414 milyard manat xalis mənfəətlə başa vurub.
Mia.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə azdır.
Yanvar-iyun aylarında SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 42,181 milyard manat (1 il əvvələ nisbətən 30,1 % az), satışının maya dəyəri 37,538 milyard manat (29,6 % az), paylaşdırma xərcləri 1,163 milyard manat (18,3 % az), ümumi və inzibati xərcləri 0,928 milyard manat (8,4 % çox), sosial xərcləri 0,124 milyard manat (2 dəfə az), kəşfiyyat və qiymətləndirmə xərcləri 0,005 milyard manat (66,7 % çox), əmlak, tikinti və avadanlıqların silinməsi hesabına zərəri 0,01 milyard manat (əvvəlki il gəlir olub), gözlənilən kredit zərəri 0,045 milyard manat (45,1 % az), sair əməliyyat gəlirləri 0,492 milyard manat (16,6 % çox), sair əməliyyat xərcləri 0,276 milyard manat (10 % çox), effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 0,304 milyard (63,4 % çox), maliyyə xərcləri 0,771 milyard manat (4,8 % az), məzənnə fərqindən zərəri 0,436 milyard manat (4,7 dəfə çox), xalis monetar mövqe üzrə gəlirləri 0,316 milyard manat (3,5 dəfə çox), birgə müəssisələrin maliyyə nəticələrində pay üzrə zərəri 0,508 milyard manat (əvvəlki il gəlir olub), asılı müəssisələrin maliyyə nəticələrində pay üzrə gəlirləri 0,401 milyard manat (10,1 % az), mənfəət vergisi ödəmələri isə 0,476 milyard manat (40,1 % az) təşkil edib.
Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 70,351 milyard manat olub ki, bu da illik müqayisədə 12,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 28,2 % azalaraq 36,722 milyard manata düşüb, balans kapitalı isə 14,4 % artaraq 33,629 milyard manata, o cümlədən nizamnamə kapitalı 0,3 % artaraq 4,76 milyard manata çatıb.
Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi