ABŞ dəniz qüvvələrindən həmlə - Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən PUA-lar vurulub, iki gəmi isə...

img

04-12-2023 [10:54]


ABŞ qüvvələri Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən 3 PUA-nı vurub

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) açıqlama verilib.

Bildirilib ki, Qırmızı dənizin cənubunda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Carney" hücum gəmisi ticarət gəmilərinin kömək çağırışına operativ cavab verərək, 3 PUA-nı məhv edib: "Bəli, Yəməndə husilərin nəzarətində olan bölgədən atılan bir raketin Baham adaları bayraqlı “Unity Explorer” gəmisinə təəssüf ki, zərər verib. Panama bayraqlı “M/V Sophie II” gəmisi də vurulub. Hər iki gəmidə insan itkiis olmayıb".

Sözügedən hücumların dəniz təhlükəsizliyi və beynəlxalq ticarət üçün təhdid yaratdığına diqqət çəkilən açıqlamada husilərin hücumunun arxasında İranın durması istisna olunmayıb.

Bu barədə Husilər də məlumat yayaraq, iki gəmini vurduqlaırnı təsdiqləyib: "Birini raketlə, digərini PUA ilə vurduq".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq