KASIBÇILIĞIN ÜZÜ QARA OLSUN...
01-12-2023 [15:46]
Qalib ARİF
***
(“Həyat hekayələri” silsiləsindən)
***
Bir neçə ilin söhbətidir, oğlum onda hələ cavan, Universitet tələbəsi idi. Bütün tələbələr kimi yaxşı pul xərcləmək və yaxşı geyinmək istəyirdi, amma oxumaq istəmirdi. Mən birincini Allahın, axırıncını tələbənin öhdəsinə buraxmışdım, amma geyim-keçiminə fikir veirdim. “Bizdə adamı geyiminə görə qarşılyarlar, ağlına görə yola salarlar” deyirdim. Tələbə ilə belə də şərtləşmişdik.
Deməli, günlərin bir günü bizim tələbə tələb etdi ki, zəncirbəndli gödəkcə istəyirəm. “Təmiz dəri olsun, amma Türkiyə olmasın, Fransa, ya da İtaliya olsun, Almaniya da olar”. Şərti şumda kəsmişdik, xırmanda yabalaşa bilməzdim. “Tarqovı”da butiklərə baş çəkdim, göz gəzdirdim, qiymətlər normal azərbaycanlı üçün deyildi. Zəncirbəndli gödəkcə hər yerdə 500 manatdan (oxu: bir aylıq maaşdan) yuxarı idi.
Bizim jurnalist tayfası bir az xəsis olsa da, bir az ağıllı olur. Mən də verdim özümü “Torqovı”dan Ebaya, onlayn alış-verişi ələk-vələk elədim. Nəhayət, axtardığım gödəkcəni Londonda tapdım. Qara rəngli, camış dərisi, zəncirbəndli. Qiyməti də hardasa 100 dollardan bir as yuxarı edirdi, göndərmə xərci ilə 200 manata gəlirdi. Gödəkcənin şəklini, brendini bizim tələbəyə göstərdim, sevindi. Mən də sevindim, maaş alan kimi, az qala yarısını göndərdim, dedim “M” kiçik olar, “L” sifariş etdim. Puluna minnət, 15-20 günə zəncirbəndli gödəkcə gəldi.
Xəsis iki dəfə pul verər deyirlər. Ködəkcə tələbəyə bir az dardı, ancaq qısaqol köynəklə yarayırdı, zəncirbəndi bağlanırdı. Bir-iki dəfə geydi, kənara atdı, qarşıdan da yazın nəfəsi, imtahanlar qapını kəsdi, yayın istisi, istirahət həvəsi gəldi, zəncirbəndli ködəkcə yaddan və moddan çıxdı. Bir neçə il şifonerdə asılı qaldı, yer tutdu, qan qaraltdı. Bu sentyabr baxdım, gördüm təptəzə gödəkcədir, elə alındığı kimidir. Bizim alqı-satqı saytlarından birinə elan verdim, “təzə zəncirbəndli gödəkcəni yarı qiymətinə satıram” dedim.
Arada bir-iki nəfər zəng elədi, vaxtımı hədər elədi. Amma balıq tutmaq, yəni gödəkcə satmaq istəyənin quyruğu suda gərək. Nəhayət, “balıq” zəng elədi, “mən motosklet sürürəm, gödəkcəni almaq istəyirəm” dedi. Dedim, “bu, motoskletçi gödəkcəsi deyil, amma idman stillidir, zəncirbəndlidir”. Dedi “bilirəm, mən də beləsini istəyirəm, həm də şəhərdə geyərəm”. Nə başınızı ağrıdım, işdən sonra 28 Mayda, Səməd Burğun bağında görüşdük. Düzü lap yerinə düşmüşdü, deyirdim, “gödəkcəni sataram, 100 manatlıq babat bazarlıq yaparam”. Sən saydığını say...
Mənim müştərim “Wolt” nişanı ilə ərzaq daşıyan uşaqlardandı, motoskletini də Səməd Vurğunun qarşısinda, Hövsan taksilərinin arasında saxlamışdı. Ortaboylu, arıq, saqqallı oğlandı, oğlumla yaşıd olardı. Gödəkcəni geyindi, əynində “qutu kimi” idi. Dedi, “sağ ol, dayı, zəncirbəndli gödəkcə mənim çoxdankı arzum idi”. Motoskletin üstünə atdığı nimdaş cins gödəkcəsini götürdü, əlini döş cibinə saldı, pulqabını çıxardı. İki “20”lik, iki “10”luq, iki “5”lik və 10 dənə manatlıq saydı. Fikir verdim, axırıncı pullarıydı. “10 manat da kartımda var, dayı, bəs edirmi?!” Elə bil, payızın axşamı başıma bir vedrə soyuq su tökdülər...
İstədim gödəkcəni “Wolt”a bağışlayım, amma kasıbçılığın üzü qara olsun. Babat bazarlıq cəhənnəm, evə ət-yağ almaq lazım idi, mütləq lazım idi... 50 manat saydım, qalanı qautardım, halallaşdıq. Dostum heç zəncirbəndli gödəkcəni çıxarmadı, motockleti işə salmağa başladı. Mən 28 Maya doğru getdim, metroya çatanda gördüm ki, gödəkcəni gətirdiyim paket əlimdədir, külək yellədir...
Yadımdan çıxıb, qalıb...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər