Qəzza zolağında müharibə yenidən başlayıb - HƏMAS raket atır, İsrail isə qaçqın düşərgələrinin ətrafını bombalayır

img

01-12-2023 [09:36]


İsrail və HƏMAS arasında atəşkəs razılaşması başa çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi sosial media hesabında açıqlama yayıb.

Açıqlamada İsrail ordusunun Qəzzada HƏMAS-a qarşı müharibənin yenidən başladığı bildirilib.

Məlumata görə, HƏMAS İsrail ərazisinə növbəti dəfə raket zərbəsi endirsə də, həmin raket havada zərərsizləşdirilib.

Şahidlərin sözlərinə görə, İsrail tankları Qəzza zolağının mərkəzindəki Nuseyrat və Büreyc qaçqın düşərgələrinin ətrafını bombalayıb.

Məsələ ilə bağlı Fələstin tərəflərindən hələlik heç bir açıqlama verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA