Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşüb

img

30-11-2023 [15:38]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçrədən olan həmkarı İgnazio Cassis ilə görüşüb.

Mia.az xəbər verir ki, görüş ATƏT XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilib.

Bu barədə nazir sosial media hesaabında belə paylaşım edib: “İsveçrənin xarici işlər naziri İgnazio Cassis ilə çox məhsuldar görüş baş tutdu. ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində biz ikitərəfli münasibətlərin perspektivlərini nəzərdən keçirdik və ən aktual qlobal xarici siyasət məsələlərimizi geniş müzakirə etdik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq