ABŞ-ın keçmiş dövlət katibi vəfat edib - 100 yaşlı Henri Kissinger kim olub?

img

30-11-2023 [10:22]


ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinger vəfat edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın ən mübahisəli və nüfuzlu xarici işlər nazirlərindən (Dövlət katibi) biri olan Henri Kissincer 

Bu barədə Kissingerin ofisindən məlumat yayılıb.

Bildirilib ki, o, evində vəfat edib.

Xatırladaq ki, uzun siyasi karyerası ərzində Kissinger ABŞ-ın xarici siyasətində əsas, bəziləri isə mübahisəli rollar oynayıb.

Kissenger 1973-cü ilin sentyabrından 1977-ci ilin yanvarına qədər Riçard Nikson və Cerald Fordun prezidentlikləri dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb.

O, həmçinin 1969-1975-ci illərdə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, 1923-cü ildə Almaniyada anadan olan Kissinger ailəsi ilə birlikdə faşist Almaniyasından qaçaraq 1938-ci ildə ABŞ-da məskunlaşıb. 20 yaşında ABŞ vətəndaşı olan Kissinger 3 il ABŞ ordusunda xidmət edib, daha sonra ordunun kəşfiyyat xidmətində çalışıb.

Doktoranturasını bitirdikdən sonra Harvard Universitetində beynəlxalq əlaqələr üzrə dərs deyib.

1969-cu ildə ABŞ-ın o zamankı prezidenti Riçard Nikson Kissinceri milli təhlükəsizlik üzrə müşavir təyin edib. Bu mövqe ona ABŞ-ın xarici siyasətinin müəyyən edilməsində böyük səlahiyyət verib.

Daha sonra dövlət naziri təyin edilən Kissinger Çinlə diplomatik əlaqələri idarə edib və 1973-cü il Ərəb-İsrail müharibəsinə (Yom Kippur) və Vyetnam müharibəsini sona çatdıran Paris Sülh Sazişinə son verən danışıqlarda mühüm rollar oynayıb.

Lamiyyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq