PEŞƏ XARAKTERİ TƏYİN EDİR?! (Psixoloji analiz)
27-11-2023 [09:08]
Qalib ARİF
***
Düşünürəm ki, peşənin xarakteri təyin edib-etməməsi maraqlı sualdır, aktualdır. Hazırkı qeydlərin də məqsədi bu suala cavab axtarmaqdır. Təbii ki, dostların fikirləri bizim “bozbaş”a yağ qatır. Mən 10 il Elmlər Akademiyasında (elmi işçi), 10 il “Xalq Qəzeti”ndə (siyasi icmalçı), 10 il də Bakı Polisində (mətbuat katibi) işləmişəm. Təcrübəm və müşahidələrim kifayət qədərdir...
Xüsusi olaqaq vurğulamaq istəyirəm ki, elm sahəsində savadlı adamlar çoxdur, amma istedadlı adamlar azdır.
Məsələn, MEA-da bu gün 8-10 min adam işləyir, bunların yalnız 20-30 faizi elmlə məşğul olur, məhsul verir. Obrazlı desək, “bir ulduzun işığına minlər şərikdir”. Qalan mütləq əksəriyyəti isə, səhər işə gəlib axşam evə gedir. Deyirlər ki, Respublikada ən aşağı maaşa bu da bir işdir. Səmimidirlər, hərə özünün nəyə qadir olduğunu, kimin savadlı, kimin savadsız olduğunu bilir. Yalan, yaltaqlıq demək olar ki, yoxdur, amma xəsislik, paxıllıq çoxdur. Elmdə qeyr-adi bir “plagiat” xəstəliyi də var. Bir nəfər bir yenilik edərsə, yeni bir şey taparsa, patent alarsa, hamı paxıllıq edir, düşünür ki, bu, plagiatdır. Və başqalarından deyil, məhz onun özündən oğurluqdur. O, bu ideyanı, ya da oxşarını nə zamansa, hardasa deyib, hansı məqalədəsə yazıb, ancaq bəxti gətirməyib, dayısı olmayıb və s. Hətta sübut etmək istəyirlər...
Jurnalistikada isə əksinədir, savadlı adamlar az, istedadlı adamlar çoxdur. Obrazlı desək, bizim jurnalistlərin çoxu “çitatel” deyil, “pisatel”dir. Yəni yazmaq aşiqidirlər, ancaq oxumağı, öyrənməyi sevmirlər. İnanın Allaha, Adenauerlə Eyzenxauerin fərqini bilmirlər. Burda mütləq əksəriyyət məhsul verir, amma səmimiyyət elmə baxanda azdır, yalan və yaltaqlıq isə artıqdır. Söz verirlər, dərhal yaddan çıxır. Çoxu özünü dahi hesab edir, düşünür ki, dünyanın ən yaxşı publisisti, yazıçısı, məsələn, Cek London deyil, məhz onun özüdür. “Martin İden”ni, “Şimal hekayələri”ni yazmağa nə var ki,.. “Sən elə bir yazı yaz ki, nazirin, icra başçısının xoşuna gəlsin, sənə dollar versin. Dolana biləsən, ayın əvvəlini axırına calaya biləsən”... Yeri gəlmişkən, indi jurnalistikada vəziyyət getdikcə çətinləşir, “dolanma” və “calama” prosesləri divara dirənir. Və razılaşmamaq olmur – Cek London olmağa nə var ki,..
Nəhayət, mən ömrümün 5-ci onilini polisdə işləmişəm, sistemi içəridən görmüşəm və öyrənmişəm. Düşünürəm ki, bura çox qapalı olsa da, çox maraqlı sistemdir. Burda zabit rütbəsində elə savadlı aydınlar var ki, elmə getsəydilər, çoxdan akademik olmuşdular. Burda elə istedadlı, işıqlı adamlar var ki, qələmə sarılsaydılar, yəqin Cek Londona çatmışdılar, dünya şöhrəti qazanmışdılar. Amma Azərbaycan reallığı onları polisə gətirib. Polisdə, hətta zabitlərdə peşədən, ağır işdən gələn bir sərtlik, kobudluq var. Sözü çəkinmədən, nəticəsini gözləmədən adamın üzünə deyirlər. Bir qayda olaraq, mərddirlər, xəsis deyillər. Sözlərinin sahibidirlər, əgər bir nəfər polis zabiti sənə söz veribsə, obrazlı desək, elə bil ki, beh verib, arxayın ola bilərsən. Yeri gəlmişkən, mən polisdə xarakterdən gələn bu xüsusiyyətləri nə elmdə, nə də qəzetdə görmədim...
Deməli, bu nəticəyə gəlirik ki, xarakterin formalaşmasında peşənin rolu nəinki əhəmiyyətlidir, bəzən hətta həlledicidir...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər