Abşeronda şübhəli tender: 3 ayın içində 3 milyondan çox vəsaitin yönləndirildiyi şirkət kimindir? - İH-dən açıqlama (Yenilənib)
28-11-2023 [18:45]
Xəbər Mia.az-da yayımlanandan sonra Abşeron Rayon İcra Hakimiyyətindən redaksiyaya belə bir qısa xavab göndərilib: "Bildiririk ki, Abşeron RİH başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ayrılmış maliyyə Heydər Əliyev Prospektində yolların təmir işləri və səki daşlarının yenilənməsi üçün deyil, prospektdə, eləcə də şəhərin digər ərazilərində abadlıq işlərinin görülməsi üçün nəzərdə tutulub".
***
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Xezer-Construction” MMC (VÖEN – 1603218151) olub.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün “Xezer-Construction” MMC-yə 1 milyon 927 min 615 manat 41 qəpik ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Xırdalan şəhərində təmir işlərinin görülməsi nəzərdə tutulan Heydər Əliyev prospekti cəmi 3 il əvvəl əsaslı şəkildə yenidən qurulub.
Məsələn, tender müsabiqəsində göstərilir ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində 1 513,6 kv. metr sahədə tamet daşları söküləcək və onların yerinə yeniləri vurulacaq.
Halbuki, 3 il əvvəl – 2020-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda göstərilir ki, Heydər Əliyev prospektində aparılan işlər çərçivəsində piyada səkiləri yenidən qurulur.
Xatırladaq ki, təxminən bir ay əvvəl Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi də “Xezer-Construction” MMC olub. Həmin tenderin şərtlərinə görə Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün “Xezer-Construction” MMC-yə 1 milyon 261 min 45 manat 32 qəpik ödəyəcək.
Maraqlıdır ki, həmin tender müsabiqəsində Xırdalan şəhərində təmir olunması nəzərdə tutulan küçələrədən bəziləri də cəmi 3 il əvvəl əsaslı şəkildə təmir olunub.
Mia.az bu şirkətlə bağlı araşdırmalar aparır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi