6 rayonda qaz müvəqqəti olmayacaq

img

10-06-2014 [10:39]


Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Neftçala rayonu və Salyan rayonunun bir hissəsinə, saat 13:00-dan 18:00-dək Şamaxı rayonunun bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Xaçmaz rayonunun bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Yevlax və Lənkəran rayonlarının bir hissəsinə  təbii qazın verilişində fasilələr yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA