İlham Əliyev Özbəkistan prezidenti ilə görüşüb - Daşkənddə (FOTOLAR) - Yenilənib
09-11-2023 [18:47]
Prezident İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Mia.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi:
- Özbəkistana bir daha xoş gəlmisiniz. Sizi salamlamağıma çox şadam. Mehriban xanıma mənim həyat yoldaşım və ailəmdən böyük salamlar var. Fikrimcə, biz hələ növbəti səfərlər zamanı birlikdə görüşəcəyik.
Dünən Azərbaycanda böyük bayram idi, düşünürəm ki, Özbəkistanda da böyük bayram oldu. Mən bütün Azərbaycan xalqını bu Qələbə münasibətilə təbrik edirəm. Biz həmişə buna inanmışıq. Siz Xankəndidə Bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq. Ümidvarıq ki, Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Mən Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz sayəsində görülən işləri danışacağam. Yaxın ölkə olaraq, daha böyük uğurlar diləyirəm. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik.
Ən xoş arzularımı çatdırıram. Əminəm ki, tezliklə Qarabağ çox inkişaf edən diyara çevriləcək. Çünki Siz Şuşada, Füzulidə nələr olacağını mənə danışdınız, biz yeni aeroportu gördük, mən də orada oldum, əgər bunun Füzulidə olmasına inanmayan varsa, özü baxa bilər. Əslində, bu, Füzulidir və bütün infrastruktur öz həllini tapır. Həm də demək istəyirəm ki, bizim bütün razılaşmalarımız həyata keçirilir.
Özbəkistan Prezidenti əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin rolunu vurğuladı. Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurları Özbəkistanda böyük sevinc hissi doğurur.
Özbəkistan Prezidenti əmin olduğunu bildirdi ki, ikitərəfli əlaqələr qarışdakı illərdə də inkişaf edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Şavkat Miromonoviç, sağ olun. Əziz qardaş, xoş sözlərə, təbriklərə görə sağ olun.
Biz bütün işlərimizdə şəxsən Sizin və qardaş özbək xalqının dəstəyini hiss etmişik və edirik. Dünən bizim qeyd etdiyimiz Zəfər Günü ilə bağlı təbriklərinizə görə sağ olun.
Sizin də qeyd etdiyiniz kimi, Siz Şuşa və Füzulidə olmusunuz. Mən də dünən bu yerlərdə oldum və Füzuli şəhərinin yaxınlığından keçəndə Sizin bizə təqdim etdiyiniz qardaş hədiyyəsinə - Mirzə Uluqbəy adına məktəbə bir daha böyük məmnunluq və minnətdarlıqla baxdım. Zənnimcə, Füzuliyə gələn hər kəs, orada yaşayanların hamısı belə münasibətə görə Sizə minnətdardırlar. Bu, qardaş dövlətin ərazilərimizin bərpası prosesində aldığımız birinci hədiyyəsidir.
Azərbaycanın suverenliyinin bərpası ilə əlaqədar təbrikə görə minnətdaram. Bu, tarixi hadisədir. Biz sentyabrda separatizmlə bağlı çoxillik məsələyə son qoyduq. Bu gün Azərbaycanın ərazisində Azərbaycan Bayrağının dalğalanmadığı heç bir guşə yoxdur. Sizin bu məsələyə şəxsi münasibətinizi və bütün qardaş özbək xalqının münasibətini, dəstəyini, həmrəyliyini çox yüksək qiymətləndiririk.
Sizi böyük uğurlar münasibətilə təbrik etmək istərdim. Dünəndən Daşkəndə olarkən, düşünürəm ki, bu, zənnimcə, mənim hələ olmadığım şəhərdir. Çünki aeroportdan gələrkən və mehmanxananın pəncərəsindən gördüklərim həqiqətən də xoş təsir bağışlayır və sevindirir. Qısa vaxt ərzində Siz bu günün Özbəkistanını təcəssüm etdirən ən müasir infrastruktur yaradırsınız. Sizin rəhbərliyinizlə, Sizin islahatlarınız və yorulmaz əməyiniz sayəsində Siz islahatlarınızı və quruculuq gündəliyinizi irəli aparırsınız. Biz, dostlarınız və qardaşlarınız kimi, buna səmimi-qəlbdən sevinirik. Sevinirik ki, Özbəkistan inkişaf edir, iqtisadi potensial, sənaye potensialı güclənir və əlbəttə, beynəlxalq arenada nüfuzunuz artır.
Bütün bunlar Sizin sayənizdədir, çünki son illər qazanılan bütün nailiyyətlər məhz Sizin adınızla bağlıdır. Əminəm və bilirəm ki, Özbəkistan vətəndaşları bunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, prezident seçkilərində Sizə yenidən böyük etimad göstərilib. Sizin seçkilərdən sonra ilk dövlət səfərinizi Azərbaycana etməyinizi biz hamımız çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, düşünülmüş addımdır, bizim qardaşlıq münasibətlərimizin nümayişidir.
Mütəmadi qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətini qeyd edən dövlət başçısı vurğuladı ki, keçirilən görüşlərdə sənaye kooperasiyası, kənd təsərrüfatı, investisiya və digər sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur.
Prezident İlham Əliyev bildirdi ki, həyata keçirilən əməkdaşlıq gələcəkdə iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Azərbaycan Prezidenti Özbəkistan Prezidentinin əlaqələrin genişləndirilməsinə töhfəsini yüksək qiymətləndirdi.
Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilati çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, energetika, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsinin, investisiya, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin yaxşı potensialı olduğu qeyd edildi, münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal iş aparıldığı məmnunluqla vurğulandı.
Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında