Otuz il sülh istədik, ancaq bizi eşidən olmadı… - Professor yazır
04-11-2023 [09:50]
Fikrət YUSİFOV,
Iqtisad elmləri doktoru, professor
***
Azərbaycan sülhsevər, multicultural və toleyrant bir dövlət olduğunu müstəqilliyinin ilk illərindən bütün dünyaya sübut etdi.
Bunun belə olduğunu yalnız Ermənistanda və Qarabağ torpaqlarımızda yaşayan erməni toplumu anlamaq istəmədi. Erməni xislətindən doğan və erməni məkirinə söykənən “böyük ermənistan” yaratmaq xəstəliyi onları sürətlə uçruma aprmaqda davam etdi. Ermənilər tarix boyu Türkə endiklərindən yenə də nəticə çıxara bilmədilər. Azərbaycan türkünün torpaqlarını yağmalamağa, onun haqqını əlindən almağa qalxdılar. Tükr tədbirli olur. Biz də bu xislətimizə uyğun, səbrlə və tədbirlə davranıb, torpaqlarımızın bütövlüyünə – yəni haq etdiyimizə nail olduq. Qarabağ tarixlə də hüquqla da Azərbaycana məxsus olduğu halda, başqa necə ola bilərdi ki?
Otuz ildən artıq Qarabağ torpaqlarımızi işğal altında saxlayan ermənilər də gördülər ki, biz bu illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə etməyə çalışdıq. Azərbaycan hələ 1994-cü ildə atəşkəs rejiminə getməklə Qarabağ problemini məhz sülh yolu ilə çözmək istədiyini bütün dünyaya nümayiş etdirmişdi. Lakin erməni məkiri, erməni ikiüzlülüyü hər yerdə və hər məsələdə olduğu kimi bu problemin də həllində öz sözünü dedi. Otuz il ərzində Ermənistan hakimiyyətinin başında dayananlar status-kvonu quruyub saxlamaqla zaman uzatmağa çalışdılar. Onlar problemi “köhnəldib” onu yavaş-yavaş gündəmdən çıxartmaq və Azərbaycan xalqını bununla barışdırmaq kimi ağılsız bir yol seçdilər. Daha bilmədilər ki, bununla da özlərinə dərin bir quyu qazırlar.
Azərbaycan müharibə istəmirdi və bütün bu illər ərzində Ulu Öndər Heydər Əliyev, onun layiqli davamçısı Prezident İlham Əliyev Ermənistan hökumətinə və dünya birliyinə məsələnin sülh yolu ilə həlli üçün dəfələrlə müraciətlər etdilər. Ancaq bu müraciətlər cavabsız qaldı. Ermənistan bu illər ərzində problemin sülh yolu ilə həlli üçün görüntü yaratmaqdan başqa heç heç nə etmək istəmədi. Danışıqlarda hər hansı bir pozitiv addım atılan kimi, təxribatlar törədərək, sülhə açılan bütün yolları qapatdı.
Azərbaycan müharibə istəsəydi, artıq çoxdan qurub formalaşdırdığı və Ermənistan ordusundan qat-qat güclü olan Ordusu ilə bu müharibəni son on ildə istənilən vaxt edə bilərdi və heç şübhəsiz onu qalibiyyətlə də başa vurardı. Lakin Azərbaycan hakimiyyəti daha ağıllı davrandı. O, 44 günlük Savaşa qədər Ermənistanı sülhə çağıra – çağıra, dünyanı bu münaqişədə ermənilərin nə qədər haqsız olduğuna tam inandıra bildi.
Məhz bu təbliğat beynəlxalq aləmdə ermənilərin Qarabağ mifini alt-üst etdi. Elə bunun nəticəsi idi ki, 44 günlük İkinci Qarabağ Savaşında Ermənistanla dogma bacı olan Fransadan və onun prezidentindən başqa heç bir dövlət, heç bir siyasi lider Azərbaycanın üzərinə gələ bilmədi.
44 gündə Azərbaycan Prezidenti bir dövlətin İnformasiya Ordusunun görə biləcəyi işi tək öz çiyinlərində daşıdı – xarici informasiya agentliklərinə və TV-lərə verdiyi 30-dan çox geniş müsahibələrlə Azərbaycanın haq işini bütün dünyaya sübut etdi.
Azərbaycan Ordusu 44+1 gündə ermənilərin 200 illik Qarabağ həsrətini tarixin zibilliyinə göndərdi. Bu əməliyyatla Azərbaycan eyni zamanda bütün dünyaya qara yara kimi yayılmış separatizmin kökünü necə kəsməyin ən yaxşı nümunəsini sərgilədi. İndi Azərbaycana heç kim təziq edə bilməz. Artıq gecdir, qatar yola düşüb. Azərbaycan 30 ildə çox çalışdı ki, bu problemi sülh yolu ilə həll etsin. lakin onun səsinə səs verən olmadı. Bizim milli hislərimizlə oynamaq istəyənlər nə düşünürdülər? Hesab edirdilər ki, yaratdıqları bu münaqişə ocağının istisinə daha 30 il də qızına biləcəklər? Bu əsla mümkün deyildi! Azərbaycanın Qətiyyətli və uzaqgörən Prezidenti yaratdığı Ordusu ilə onların bu arzularını başlarına yıxdı…
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər