Baş nazir TDT-nin iclasında: "Putinlə bağlı plan həyata keçmədi..." - "Türkiyəsiz Avropada uzunmüddətli sülh mümkün deyil"
03-11-2023 [14:51]
Macarıstanın baş naziri Viktor Orban ölkəsinin müşahidəçi qismində iştirak etdiyi Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxış edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk dövlətləri üçün müsbət irəliləyişlərin olduğunu ifadə edən Orbanın sözlərinə görə, Avropada hazırda bir dilemma var:
"Avropanın siyasətdə çətinliklərlə üzləşdiyini deyə bilərəm. Avropada qlobal təhlükəsizlik heç vaxt bu qədər pis olmamışdı. Soyuq müharibədən bəri qitə bu qədər təhlükəsizlik vəziyyəti ilə üzləşməmişdi. Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki silahlı qarşıdurmalar, AB ölkələrinə qarşı silahlı təhdidlər və miqrasiya dalğaları Avropada böyük gərginliklər yaradıb. Avropa artıq yol ayrıcındadır".
Avropada iqtisadi siyasətlə bağlı fərqli fikirlərin olduğuna diqqət çəkən Orban daha sonra deyib: "Avropanın marağında nə var?! Qlobal iqtisadi blok yaratmaq, yoxsa müxtəlif iqtisadiyyatlar arasında əlaqəni artırmaq?!".
Baş nazir Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqlarını bu sözlərlə izah edib: "Rusiya-Ukrayna müharibəsi birbaşa hamımıza təsir edir, bu, hamımız üçün riskdir. Müharibə başlayandan 1,5 il keçir. Avropanın indiyə qədərki strategiyası fəlakətdir. Avropa ukraynalıların döyüşməsini istəyir. Avropa Ukraynanı silahla təmin edir. Deyirlər ki, "Ukrayna cəbhədə qalib gələcək, Rusiya uduzacaq, daha sonra Moskva dəyişəcək, sonra yeni Rusiya lideri gələcək və onunla danışıqlar aparacağıq". Bu, ağlabatan plandırmı? Bir az çox iddialıdır, lakin biz bunun reallığa çevrildiyini görmürük. Bu, onsuz da işə yaramadı”.
Bəzi ölkələrin "əvvəlki kimi davam edək" dediyini, bəzilərinin isə "bəsdir, B planının vaxtıdır" dediyini ifadə edən Macarıstanın Baş naziri Orban qeyd edib ki, Ukraynaya indiyə qədər 50 milyard avro verilib.
Macarıstanın Ukraynada müharibənin dayandırılmasının və Ukraynanı qane edəcək yeni Avropa təhlükəsizlik planının verilməsinin tərəfdarı olduğunu qeyd edən Orban əlavə edib ki, Avropada yeni təhlükəsizlik arxitekturasının vaxtıdır: "Türkiyə mütləq onun içində olmalıdır. Uzunmüddətli sülh üçün bu mütləıqdir çünki Türkiyəsiz Avropada abitlk mümkün deyil".
Orban Avropada təhlükəsizliyin bərpasına verdiyi dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında