Dağıstanlılardan nə gözləyirdiniz və nə istəyirsiniz?! - Bahəddin Həzi yazır
31-10-2023 [13:58]
Bahəddin Həzi,
Bizimyol.info
***
Dağıstanlılarla keçmişin haqq-hesabını çəkməyə dəyməz, qonşuluğun gələcəyinə köklənmək lazımdır.
Dağıstanlılara "Ermənilər bizi qıranda siz hardaydınız?" tipli ritorik suallar verməyin nə mənası var?!
Dağıstan Rusiyanın Muxtar Respublikasıdır. Rusiya hardaydısa, Dağıstan da ordaydı. "Müsəlman həmrəyliyi" söhbətidirsə, İran hardaydısa, Dağıstan müsəlmanlarının bir çoxu da ordaydı. İran Dağıstanda çox ciddi işləyib, biləsiniz. Bizim Rusiyaya yolumuz ordan keçir.
Üstəlik, Dağıstanla Azərbaycanın şimal rayonları arasında insani, ticari və sair əlaqələrə baxaq. İranın orda şəbəkələşməsi və bunun Azərbaycanın şimalına təsiri başağrımız ola bilər. Bizim dini "hakimiyyət" hələ ki istirahət edir. Həm də fil qulağında. Dağıstanlılar bir yana, dünyaya - Qərbə çıxış qapımızda, öz tarixi torpağımızda - Borçalıda öz soydaşlarımızın durumuna baxaq. İran orda da onillərlə öz işini görüb. Nəticəsi də ən azı ildə bir dəfə - Aşura günü göz qabağındadır.
Dağıstanlılardan nə gözləyirdiniz və nə istəyirsiniz?!
Onlar başqa ölkənin vətəndaşlarıdır. Eləcə də, Borçalı türkləri - qanı qanımızdan, dini dinimizdən olanlar. Elliklə gəlib, bizimlə birlikdə silah götürüb vuruşmalı deyildilər ki. Eləcə də, Azərbaycanın şimal-qərb bölgəsində yaşayan ingiloylar elliklə gedib Abxaziyada, Cənubi Osetiyada vuruşmadılar. Mənəvi dəstək?! Bəli, o başqa. Problem bizim idi, ölkənin içində idi. Həll etdik, getdi. Keçmişə qayıdıb qonşu müsəlman toplumları ittiham etmək lazım deyil. Bizə əlavə problem lazımdır?!
Bir də ki Nəcməddin Sadıqov Dağıstandan gəlmişdi. Faydasından çox zərəri dəydi. Təkcə elə Kəlbəcərin itirilməsi, ya da Tərtər cinayətləri bəs edər. Ancaq son lokal antiterror əməliyyatında şəhidlərimizdən biri dağıstanlıdır. Hər kəsin haqqını vermək lazımdır. Heç nə birmənalı deyil; həyat ağ və qaradan ibarət deyil. Minbir rəngi, çaları var.
Mahaçqalada yüzlərlə adamın hava limanına soxulması, bəli, ağır hadisəydi. Biz bunu doğru saymırıq. Qəzzadakı hadisələrə heç bir dəxli olmayan yəhudiləri axtarıb öldürmək istəmələri özü insanlıq cinayətidir. İsrailin özündə də Qəzzanın bombalanmasına etirazlar var. Bizim torpaqlar 30 il işğal altındaydı, amma Bakıda yaşayan on minlərlə erməninin birinin burnu qanamadı. Doğrusu da bu idi. Dağıstanlılara bir nümunədir bu. Ancaq o hava limanına gələnlər də bütövlükdə Dağıstan demək deyil. Təlimat Tehrandan da gəlmiş ola bilər. Hətta Moskvanın özündən də. Başqa yerdən də. Şimali Qafqazı qarışdırmaq istəyənlərin də işi ola bilər. Ona görə də unutmayaq ki, Qafqaz bir bütövdür; şimalı qarışsa, cənubuna da başağrısıdır. Biz də bir yandan sosial şəbəkələrdə:
"Dağıstanlılar niyə bizim müharibədə yanımızda olmadılar?!" deyə qafaları qarışdırmayaq. Bacardıqları qədər yanımızda oldular bəlkə, ya da lap heç olmadılar. Sən Xankəndinə bayraq sancmısan. Özün, öz gücünlə. İndi kim nə vaxt, hardaydı deyə, hesab çəkməyin nə xeyri var?! Dağıstanlılarla bizim tərs düşməyimiz, ən çox kimin çörəyinə yağ çəkir?
Qısası, klassik sual: bu, kimə lazımdır?!
Ağlımızda olsun, lütfən...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər