05-06-2014 [18:41]
Azərbaycanın mobil rabitə bazarının şəksiz lideri olan Azercell Telekom şirkəti öz müştərilərinin rahatlığını nəzərə alaraq, öz xidmətlərinin daha da əlçatanlığını təmin etmək məqsədilə daha bir yeniliyə imza atıb.
Azərbaycanda ilk dəfə olaraq "Asan İmza” mobil elektron imza xidmətini təklif edən şirkət ASAN xidmət mərkəzinin 3 ofisində öz mərkəzini yaradıb. Həmin ofislərdə Azercell abunəçiləri bütün növ müştəri xidmətləri ilə təmin edilə bilir. Bu xidmətləri təqdim etməklə Azercell öz abunəçilərinə daha yaxın olmaq niyyətini daşıyır. İndi Azercell abunəçiləri ASAN1 - Akademik Həsən Əliyev küçəsi, ASAN2 - Nobel prospekti və ASAN 3 -Yasamal rayunu, Şərifzadə küçəsində yerləşən Asan Xidmətlərinə müraciət etməklə şirkətin müştəri xidmətlərindən tam yararlana bilərlər. Beləliklə, sənədləri ilə əlaqədar bu ASAN mərkəzlərindən birinə gələn istənilən Azercell müştərisi öz sim-kartının dublikatını çıxarmaq, yeni xidmətlərə qoşulmaq, İMEİ kodu qeydiyyata almaq, faktura əldə etmək, həmçinin, şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumatla tanış olmaq imkanı əldə edir. Onu da qeyd etmək lazımdır ki, ASAN mərkəzlərində fəaliyyət göstərən bütün Azercell müştəri xidməti ofisləri digər operatorlardan nömrələrini Azercell-in şəbəkəsinə daşımaq istəyən abunəçilərin də ərizələrini qəbul edir.
Məlumat üçün bildirək ki, Azercell Telekom bir müddət bundan öncə sözügedən xidmətdə tarifləri inanılmaz dərəcədə endirdi. Belə ki, 16 may tarixindən etibarən, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər "Asan İmza” xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18 AZN ödəyirlər. "Asan İmza" istifadəçiləri üçün xidmətdən aylıq istifadə haqqı isə 0,5 manat təşkil edir. Bundan əlavə, 20 iyun 2014-cü il tarixindən etibarən "Asan İmza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (elektron imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manat təşkil edəcək. Qeyd edək ki, "Asan İmza" xidməti hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanı yaradır. "Asan İmza” mobil elektron imza xidmətinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri xeyli azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır.
Beləliklə, Azercell Telekom öz abunəçilərinin və ümumiyyətlə ölkə əhalisinin xeyri naminə ASAN şəbəkəsi ilə müvəffəqiyyətli əməkdaşlığını daha da genişləndirir. Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar və sərfəli tariflər təqdim edəcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi