1377 uşağa bərpa-müalicə xidməti göstərilib

img

04-06-2014 [20:16]


Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 1254 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 123 nəfər, ümumilikdə 1377 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə,  bərpa-müalicə prosedurlarından sonra həmin uşaqlardan 115 nəfərinin səhhətində yaxşılaşma, 1256 nəfərinin səhhətində nisbi yaxşılaşma qeydə alınıb.

 Hər iki bərpa mərkəzində bərpa-müalicə prosedurları ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsi məqsədilə onlarla tədris metodikaları həyata keçirilir, onların şəxsiyyətinin korreksiyası məqsədi ilə kompleks işlər görülür. Həmçinin əmək terapiyası üzrə məqsədyönlü məşğələlər şəraitində həmin uşaqlara müəyyən əmək bacarıqları və vərdişləri aşılanır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA