Bakıda tanınmış klinika xəstələri qanunsuz əməliyyat edir? - Nazirliklə Klinika arasında qalmaqal
16-10-2023 [12:17]
Bu yaxınlarda yerli mediada Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhhətində ciddi problem yaranması barədə məlumat yayılmışdı.
Mia.az bildirir ki, hadisə ilə bağlı Qaynarinfo-ya daxil olan məlumata görə, adının açıqlanmasını istəməyən xəstə "Laser Beauty” Klinikasının (LB Clinik) "Neapol” filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra - gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb. Şükür ki, xəstə Gömrük Hospitalının həkimləri tərəfindən xilas oluna bilib.
Amma məlumatda diqqət çəkən məqam odur ki, xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol” filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilir.
Maraqlıdır ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bu məlumatı təsdiq edib.
Nazirlikdən Qaynarinfo-ya verilən açıqlamaya görə, "Neapol” filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib:
"Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var".
"Laser Beauty Klinikası”nın "Neapol” filialının baş həkimi Natavan Əmirova Qaynarinfo-ya açıqlamasında xalq artistinin gəlini ilə bağlı məlumatı təsdiqləməyib. Lisenziya ilə bağlı sualın cavabında isə deyib ki, rəhbərlik etdiyi filialın ümumi tibb fəaliyyət göstərməsinə lisenziyası var. Onun sözlərinə görə, lisenziyanın əlavəsində cərrahiyyə əməliyyatları aparılmasına icazə var:
"Bu məlumatlar Səhiyyə Nazirliyinin saytında da var və onu rahat şəkildə əldə etmək mümkündür. "Laser Beauty" Klinikasının "Neapol” filialının cərrahi əməliyyat etmək üçün hüququ və tam olaraq bunun üçün bütün şəraiti var. Lisenziya verilməzdən öncə Səhiyyə Nazirliyinin əməkdaşları bizim klinikada olublar, yoxlama aparıblar və ondan sonra klinikaya lisenziya verilib. Bununla yanaşı lisenziyanın əlavəsi də alınıb. Lisenziyanın əlavəsində də qeyd edilib ki, cərrahi xidmətlər göstərmək üçün bizim hər bir şəraitimiz var".
Səhiyyə Nazirliyinin açıqlamasını Natavan Əmirovanın diqqətinə çatdırdıqda isə baş həkim bildirib ki, cərrahi əməliyyat növləri heç bir lisenziyanın əlavəsində göstərilmir:
"Sadəcə, cərrahiyyə xidməti yazılır. Nazirlər Kabinetinin qərarı var. Həmin qərarın hazırlanmasında şəxsən özüm iştirak etmişəm. Ya icazən var, ya da yoxdur, vəssalam. Hansı əməliyyatlar aparıla biləcəyi barədə qeyd isə nə "Sağlamlığın qorunması haqqında” Qanunda, nə Nazirlər Kabinetinin hər hansı qərarında, nə də Səhiyyə Nazirliyinin əmrində var”.
Natavan Əmirova 2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən klinikaya verilən lisenziyanı və onun 12 avqust 2022-ci il tarixli əlavəsinin surətlərini də redaksiyaya təqdim edib.
Qeyd edək ki, "Laser Beauty Clinic"in Bakı şəhərində 5 filialı mövcuddur. Klinika şəbəkəsinin direktoru Rəna Soltanovadır.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib