MƏNİM FƏXRİ XİYABANIM (”Mənim düşüncələrim” silsiləsindən)
16-10-2023 [11:38]
Qalib ARİF
***
Düşünürəm ki, Fəxri Xiyabana getmək, bizim dahilərə baş çəkmək, “saqqala salam” vermək lazımdır... Mən şəxsən tez-tez gedirəm, ziyarət edirəm...
Birinci təbii ki, Heydər Əliyev – dahi siyasətçi, böyük dövlət xadimi... Bizim Azərbaycan fenomeni - fitri istedad, qeyri-adi xarizm və tükənməz iş qabiliyyəti... Sovet İttifaqı təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı... Sov. İKP Siyasi Bürosunun üzvü, Sovet İttifaqının rəhbərlərindən biri... Nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti...
Sonra Üzeyir Hacıbəyov – daha bir dünya səviyyəli azərbaycanlı dahi... Şəhriyar deyirdi ki, “O tayda sənət mədən kimi qazılır, “Məşdi İbad”, “Arşınmalçı” yazılır”... Mən Üzeyir bəyin beynini insan təfəkkürünün bütün istiqamətlərində səyahətə hazır olan bir gəmiyə bənzədərdim. Böyük sənətkar, böyük bəstəkar, böyük yazıçı-dramaturq, böyük jurnalist, böyük... Daha nə qaldı ki,.. Böyük insan...
Burda böyük insanlar çoxdur... Hara gedəcəyimi, hansını ziyarət edəcəyimi bilmirəm... "Min Qazaxdan köhlən ata, Yalmanına yata-yata"... Səməd Vurğunun qəbri üstünə gəlirəm. Amma “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” misralarını tapa bilmirəm... Mən burda axtardığımı tapa bilmirəm... Süleyman Rüstəmin qəbrində də “Təbrizim, Təbrizim, gözəl Təbrizim” gözə dəymir. Mən hələ “Cənnət görmək istəyənləri”, Azərbaycana gələnləri demirəm...
“Mənəm xalqımın qəzəl şairi, Məhəbbət şairi, gözəl şairi”... Bəli bu, bizim Əliağa Vahiddir, qəbri burdadır, bəs şair ruhu görən hardadır? Bəlkə," Kəklik kimi batb qalıb, qardadır?!" Bu da Xəlil Rza Ulutürkün qəbri. Amma “Azdlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri istəyirəm qıram, qıram” yoxdur... Niyə yoxdur, axı, bu misralar Xəlil Rza varlığı, Xəlil Rza ruhudur. Bəlkə var, mən tapa bilmirəm?!
Şəhriyar cənubdan şimala, şair dostlara yazdığı məktubları bu misralarla qurtarardı: “Səmədin sözündən, Bəxtiyarın gözündən öpün”... Artıq Bəxtiyarın da gözündən öpmək olmur, mən ulu sözündən öpməyə gəlmişəm. Böyük şairin qəbrinin önündəyəm, amma “Özünü aşmaq, ucalmaq üçün sən, “Nəfs” adlı dağı aşa bilməlisən” sözlərini tapa bilmirəm, öpə bilmirəm. Məmməd Araz zirvəsini isə, ümumiyyətlə tapa bilmirəm. Doğrudur, şairin qəbrini tapmışam, yanındayam. Amma “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” kəlamını tapa bilmirəm. Bu kəlamsız Məmməd Araz varmı, ruhu rahat olarmı?!
Ziyarətim uzun çəkir, ad çəkib oxucunu yormaq istəmirəm. Bizim sənət zirvələrinə baş çəkirəm... Düşünürəm ki, Nikulin, Vitsın və Marqunov rus komediyasının zirvəsi olduğu kimi, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova və Lütvəli Abdullayev də bizim komediyanın zirvəsidir. Sizi bilmirəm, mən sənət zirvəsinə ziyarəti müqəddəs hesab edirəm. Amma Lütvəli Abdullayevin qəbrini tapa, ziyarətimi tamamlaya bilmirəm. Görəsən, kim Azərbaycan sənətinə qıyıb, bu üç zirvəni bir-birindən ayırıb?! Bilmirəm...
Bu da son... Vaqif Səmədoğlunun ziyarəti... Rəhmətliklə şəxsi tanışlığımız da var idi. Milli Məclisdə bir-iki dəfə söz alveri etmişdik, ağlına, hazırcavablığına heyran qalmışdım. İndi də deyir ki, mənə mərmər, filan lazım deyil, qəbrimin üstünə bir cüt ayaqqabı qoyun, ehtiyacı olan geyib getsin. Ətrafa, sonra ayaqqabılarıma baxıram. Şairin ayaqqabıları mənimkindən təzədir, “inspektor” modellidir. Amma geyib getmək olmur, qara daşdandır, yerə yapışıbdır. Bir də ətrafa baxıram, yavaş-yavaş uzaqlaşıram...
...Mənmi çox utandım, şair xəcalət çəkdimi?! Bilmirəm...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər