Gömrükdə daha bir rüşvət qalmaqalı - Şikayət

img

04-06-2014 [17:09]


Redaksiyamıza müraciət edən sahibkar Samir Əlirzayev bildirir ki, onun başına Dövlət Gömrük Komitəsinin işçiləri oyun açır. Səbəbsə Gürcüstandan Azərbaycana taksi xidməti məqsədilə 5 ədəd "opel” makalı naşın gətirmə istəyi olub. 

Şikayətçi DİA.AZ-a bildirir ki, Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsinin əməkdaşları ondan ümumi qiyməti 30 min manat olan 5 maşının müqabilində ondan 14 min manat rüşvət istıyirlər.

Narazı vətəndaşın söylədikləri: "Mən neçə ildir ki, MMC yaratsam da, indi evimi sataraq bir az pul əldə etmişəm ki, Gəncə şəhərində taksi xidməti ilə məşğul olam. Gətirdiyim maşınlar da standartlara uyğundur. Nəqliyyat nazirliyindən müvafiq icazəm var. Amma nədənsə DGK-nın Avtonəqliyyat idarəsi keç nəyi nəzərə almadan maşınlara çəkdiyim xərcin tam yarısını məndən rüşvət kimi tələb edirlər. Artıq şikayət etmədiyim ünvan qalmayıb. 

Sahibkar DİA.AZ-a bildirir ki, gömrükdə yaranan problemlə bağlı Dövlət Gömrük Komitəsinin qaynar xəttinə (192), Komitənin rəisi Aydın Əliyevə müraicət edib. O, heç bir müraciətinə cavab almayıb. "Mən çarəsiz durumdayam. Bu qədər də özbaşınalıq olmaz”.

Məsələyə yenidən qayıdacağıq. Qarşı tərəfi dədinləməyə hazırıq...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA