1857 fakt aşkar edilib - Nazirlik yoxladı

img

04-06-2014 [13:40]


Cari ilin may ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1857 fakt aşkar edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə,  aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələr üzrə son bir ay ərzində dövlət büdcəsinə ödənilən məbləğ müqayisə olunan dövrə nisbətən 95 dəfədən də çox artaraq 148 124 manat təşkil edib.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA