Sürətlə çoxalan və siyasi güc uğrunda bir-biri ilə rəqabət aparan 6 müsəlman ölkəsi...
08-10-2023 [18:27]
Elxan ŞÜKÜRLÜ
***
Dünyanın nüfuzlu tədqiqat mərkəzlərinin hesabatlarına görə, qarşıdakı 3 onillik boyu müsəlmanların sayı sürətlə artaraq, xristianların sayına çatacaq və 2050-ci ildən etibarən, onları ötüb keçəcək, ABŞ və Avropanın özündə isə müsəlman miqrantlar çox ciddi siyasi gücə çevriləcəklər.
2023-cü il statistikasına görə, hazırda 8 milyardlıq dünya əhalisinin artıq 2 milyarda yaxınını müsəlmanlar təşkil edir.
Sayı və təsir imkanları artan müsəlman dünyasına liderlik uğrunda uzun illərdir ki, 6 əsas ölkə bir-biriylə kəskin rəqabət aparır: Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və İndoneziya...
İslam dünyasına liderlik etmək, siyasi dillə desək, İslam sivilizasiyasının özək dövləti olmaq üçün hər birinin özünəməxsus üstünlükləri olduğu kimi, çox ciddi çatışmazlıqları da var.
Coğrafi mövqe, iqtisadi və hərbi potensial, əhali resursları, etnik tərkib, eləcə də daxili dinamika və siyasi inkişaf, qlobal proseslərə təsir göstəriciləri baxımından müqayisə apardıqda, Osmanlı imperiyasının varisi Türkiyə liderlik imkanlarına görə digər 5 ölkəni üstələyir, ancaq onun da bütövlükdə İslam dünyasının lokomoivi olması üçün iki islamçı dövləti - Səudiyyə Ərəbistanı və İranı mütləq yanına alması lazımdır.
Qısa desək, indi İslam dünyasının gələcək taleyi məhz bu 3 ölkənin – Türkiyə, İran və Səudiyyə Ərəbistanının əlindədir, onların rəhbərlərinin ortaq qərar verə bilmək bacarığından asılıdır.
Osmanlı imperiyasının çöküşüylə dirçələn və bu gün dünya hökmranlığına yiyələnmiş Qərb dünyası üçün həmişə bu 3 müsəlman ölkəsinin yaxınlaşması fəlakət sayılıb.
Qərb strateqləri hesab ediblər ki, bu 3 ölkənin yaxınlaşması İslam həmrəyliyi ideologiyasını vəhdət bağına çevirməklə, Çin və Hindistanı Avropayla əlaqələndirən bütün quru nəqliyyat dəhlizləri üzərində müsəlmanların mövqelərini xeyli gücləndirəcək, beləcə, ABŞ və Avropa Şərqə doğru genişlənmək və resurslara nəzarət planlarında müsəlmanlardan asılı hala düşəcəklər.
Ona görə də hər vasitə ilə bu 3 müsəlman ölkəsini üz-üzə qoymağa, aralarındakı tarixi etnik millətçiliyi və məzhəb ziddiyyətlərini yeni məzmunda dərinləşdirməyə, yaxınlaşmalarına imkan verməməyə çalışıblar.
Xatırladaq ki, Türkiyədə hənəfi, Səudiyyə Ərəbistanında hənbəli, İranda isə cəfəri fiqhinə əsaslanan dini dünyagörüş hakim olduğundan və hər ölkə də öz dini dünyagörüşünü “haqq məzhəb” saydığından, Qərb dünyası çox asanca onları üz-üzə qoymağı, aralarındakı dini ixtilafı dərinləşdirməyi bacarıb.
Ərazisində həm sünni, həm də şiə əhalisinin çoxluq təşkil etdiyi pravoslav Rusiya, eləcə də buddist Çin son dövrlər Qərbə qarşı hər 3 müsəlman ölkəsi ilə sürətlə yaxınlaşmağa, eləcə də onların özlərini yaxınlaşdırmağa və beləliklə də, Qərbin müsəlman amilindən istifadə imkanlarının qarşısını almağa can atsalar da, Qərb bu prosesi ən müxtəlif layihələrlə pozmağa çalışır...
Hazırda Fələstinlə İsrail arasında başlanmış müharibədə müsəlman dövlətlərinə liderlik etmək iddiası olan ökələrin tutacağı mövqedən çox şey asılı olacaq. Onlar bu müharibəni birləşmək fürsətinə də çevirə bilərlər, yenidən parçalanma səbəbinə də...
İslamın əziz Peyğəmbəri Məhəmməd (s.ə.s.) bütün müsəlmanlara doğru yolu azmamaq, parçalanmamaq üçün iki önəmli əmanət qoymuş və onlardan möhkəm yapışmağı tövsiyə etmişdi...
Kim onları bilirsə, onlardan yapışacaqsa, onlar vasitəsiylə hökm edəcəksə, doğru yolla gedən və nicat qapısını ümmətin üzərinə açan da o olacaq. Kim yenə də doğruları yanlış ünvanlarda axtaracaqsa, Hesab Günü məsuliyyət də onun üzərində olacaq!
Allah ümmətimizi onları parçalayacaq bütün fitnələrdən qorusun!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər