03-06-2014 [19:37]
Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin bu xidmətlərdən məmnun qalması və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən Azərbaycanın mobil telekommunikasiya bazarının lider şirkəti Azercell yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları həyata keçirməkdə davam edir.
Şirkət öz istifadəçilərinin müxtəlif tələbatlarını daha dərindən öyrənmək məqsədilə abunəçilərə göstərilən xidmətlərin ölçülməsi istiqamətində geniş sayda metodikalar işləyib hazırlamışdır. Bu sahədə dövlət qurumları və özəl şirkətlərlə uzun illər paylaşdığı qabaqcıl təcrübə ilə bərabər, Azercell müştəti məmnunluğu üzrə ölkədə daha əvvəl tətbiq olunmayan yeni üsullar üzərində də çalışır. Beləcə, artıq iki ay bundan əvvəl Azercell dünyada NPS (Net Promoter Score) - Abunəçi Loyallığı İndeksi kimi tanınan göstəricini təyin etməyə imkan verən innovativ sistemi Azərbaycanda ilk dəfə tətbiq etməyə başlamışdır. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) məyyən edir. İstehlakçılara belə bir suala cavab vermək təklif olunur: "Şirkət/məhsul/brendi öz dost/tanış/həmkarlarınıza tövsiyə edərdinizmi?".
Abunəçinin Azercell Telefon Mərkəzi və yaxud Müştəri Xidmətləri, eləcə də, Ekspres ofisləri də daxil olmaqla şirkətlə bilavasitə təmasından sonra ona sorğuda iştirak etmək dəvəti ilə SMS göndərilir. Abunəçi razı olduğu təqdirdə, ona 3-dən 5-ə qədər sual göndərilir. Bu halda, yalnız ilk sual NPS göstəricisini qiymətləndirir, digər suallar isə müştəri xidmətlərində çalışan əməkdaşlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır ki, bu suallar da problemlərin həlli üçün sərf olunan vaxtı və xidmətin göstərilmə prosesini qiymətləndirməyə imkan verir.
Qeyd edək ki, SMS cavablandırmada iştirak abunəçilər üçün pulsuzdur.
Beləliklə, bu sorğu Azercell-ə yalnız NPS göstəricisini deyil, eyni zamanda istehlakçılarla münasibətlərin digər vacib aspektlərini də qiymətləndirməyə imkan yaradır. Sorğunun son SMS-ni alan abunəçi şirkətə şərh formasında öz müraciəti və ya təklifini göndərmək üçün unikal imkana malik olur ki, bu da mobil operatora istifadəçilərin istəkləri üzrə məlumat bazasının toplanmasına, sonrakı təhlil və təkliflərinin tətbiqinə şərait yaradır.
Müştərilər tərəfindən bu cür təklif və müraciətlərin nəticəsində Azercell şirkəti öz mövcud xidmətlərini daha da təkmilləşdirmişdir ki, bu da bilavasitə müştəri məmnunluğu səviyyəsinə və abunə xidmətinə müraciətlərin sayına müsbət təsir göstərmişdir. Şirkətdə bu yenilik şirkətin özünün və ümumən bazarın gələcək inkişafını təyin etməyə şərait yaradan abunəçi ilə mobil operator arasında dialoqun daha da möhkəmləndirliməsi imkanı kimi dəyərləndirilir.
Hal-hazırda sorğunun ilkin qiymətləndirimləsinə əsasən müştəri xidmətlərindən məmnunluq səviyyəsi 79% təşkil edir ki, bu da NPS sistemi üzrə çox yüksək göstəricidir. Bu unikal imkanın tətbiqinə start verməklə Azercell ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq etmişdir. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verəcək.
Azercell səmimiyyətlə bütün abunəçilərini bu əhəmiyyətli prosesdə iştirak etməyə dəvət edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi